
"Bəzi müəllimlər hazırlıq keçmək üçün məktəbdə şagirdlərə az bilik verirlər."
BAKU.WS xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev "Zarafat bir yana" şousunda qonaq olarkən deyib.
Sənətçi onu da vurğulayıb ki, müəllimlik çox çətin peşədir, lakin hər müəllim də peşəsinin tələblərinə uyğun deyil:
"Məktəbdə alınan təhsil ali məktəbə daxil olmaq üçün yetərli olmalıdır. Çünki imtahan sualları şagirdlərin məktəbdə aldıqları təhsilə əsaslanır. Müəllimlik çox çətin peşədir, amma hər müəllim də öz peşəsinin tələblərinə uyğun olmur. Bəzi müəllimlər hazırlıq keçmək üçün məktəbdə şagirdlərə az bilik verirlər. Burada problem şagirdlərdə deyil, müəllimlərdədir. Əgər bu dərs məktəbdə keçirilirsə, hazırlığa nə ehtiyac var?"
Ətraflı videoda:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.