Bu gün, 17:48 88

Milyonçu Bəxtiyar Dalinin zorlamaq istədiyi deyilən qadın müğənni imiş: Təfərrüat

Novxanı qəsəbəsindəki bir neçə milyonluq manatlıq məşhur imarəti ilə tanınan Bəxtiyar Dalinin (Qaraşov) ittiham olunduğu cinayətin təfərrüatı bəlli olub.

AVESTA.AZ oxu.az-a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhəri ərazisindəki hotel-restoranlardan birində bu ilin iyul ayında baş verib.

Bəxtiyar Qaraşov və onun iki dostu istirahət etmək üçün qeyd edilən obyektə gəliblər. Onlar yeyib içəndən sonra kabinetə müğənni sifariş veriblər. Bəxtiyarın istirahət etdiyi otağa iki xanım müğənni gəlib.

Bir müddət mahnı oxuduqdan sonra B.Dali onların birindən oriyental rəqs etməsini istəyib.

İddiaya görə, gənc müğənni bu rəqsi bacarmadığını desə də Bəxtiyar və dostu qadını oriyental rəqs etməyə məcbur eləyiblər. Onlar daha sonra xanıma pul qarşılığında cinsi əlaqə təklifi veriblər. Lakin o, bunu rədd edib.

Bəxtiyar Dali dostlarından birini kabinetdə yeyib-içdikləri xanımlardan biri ilə yola salıb. Bundan sonra B.Qaraşov digər dostu ilə birlikdə kabinetin qapısını bağlayaraq orada qalan xanımı zorlamağa cəhd ediblər. Müğənninin qışqırığına hotel sahibi və işçilər gəliblər, qapını qıraraq qadını xilas ediblər. Hadisə yerinə polis əməkdaşları çağırılıb.

Bəxtiyar Dali hadisə yerində sərxoş vəziyyətdə saxlanılsa da dostu ərazidən qaçıb uzaqlaşa bilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin şəxs də saxlanılıb və istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb, Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə hər iki şəxs barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

***16:37

Bəxtiyar Dalinin ittiham olunduğu maddələr məlum olub.

AVESTA.AZ Lent.az-a istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin 29.149-cu (zorlamağa cəhd) maddəsi ilə yanaşı, 145-ci (qanunsuz azadlıqdan məhrumetmə) maddəsi ilə də ittiham olunur.

Bəxtiyar Dali yeni həbs edilməyib, o, 3 aya yaxındır ki, həbsdədir.

Onun barəsində həbs qətimkan tədbirini Sumqayıt Şəhər Məhkəməsi seçib.

***14:10

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib.

AVESTA.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur.

Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliyə qarşı Cinayət Məcəlləsinin 29.149-cu (zorlamağa cəhd etmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Məşhur sima hazırda Şüvəlandakı istintaq təcridxanasında saxlanılır.

Qeyd edək ki, 66 yaşlı Bəxtiyar Dali uzun illər Rusiyada yaşayıb. Özünün dediyinə görə, hərbi mühəndis olub.

Paylaş

Xəbər lenti

2027-ci ilsə öz yarını tapacaq 5 BÜRC Bu gün, 18:48 Tiktokda qadına gül atan kişiyə cinayət işi AÇILDI Bu gün, 18:48 20 illik həyat yoldaşını ona yaraşdırmayanlara cavab verdi: "Vecimə deyil!" Bu gün, 18:48 ABŞ-nin birinci xanımı Oleşkidə atəşkəslə bağlı diplomatik görüş təşkil edəcək Bu gün, 18:48 Bakıda bu poliklinika əsaslı TƏMİR OLUNACAQ - 1.5 milyon manat ayrıldı Bu gün, 18:48 Gəncədə avtomobil mopedlə toqquşdu - Xəsarət alan var Bu gün, 18:48 Amnistiya ilə çıxdı, ətçəkənlə çaydan oğurlayıb yenidən həbsə düşdü Bu gün, 18:48 Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı Bu gün, 17:48 SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşüb Bu gün, 17:48 Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub Bu gün, 17:48 Ukraynada yaşayan azərbaycanlıya vəzifə verildi Bu gün, 17:48 Separatçılığa görə beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib Bu gün, 17:48 Faiq Ağayev: "Bəzi müəllimlər hazırlıq keçsin deyə, şagirdlərə biliyi az verir" Bu gün, 17:48 Milyonçu Bəxtiyar Dalinin zorlamaq istədiyi deyilən qadın müğənni imiş: Təfərrüat Bu gün, 17:48 Bakıda qadın "TikTok"da canlı yayımda öldü Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin ifadəsi AÇIQLANDI Bu gün, 17:48 "Arka Sokaklar"ın aktyoru ən çox borc pul aldığı həmkarının adını açıqladı Bu gün, 17:48 İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib Bu gün, 17:48 "Andorra"nın qapıçısını 4 ilədək həbs cəzası gözləyir - Bu hadisə araşdırılır Bu gün, 16:48 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Bu gün, 16:48 Xəstəxanalarda həkim qəbuluna özbaşına limit tətbiq edilirmiş? Bu gün, 16:48 Putin Rusiya vətəndaşlarının MDB-dəki gəlirləri barədə məlumat toplanmasına icazə verdi - Azərbaycanlılar da var... Bu gün, 16:48 Dövlət Ehtiyatları Agentliyinin Əsasnaməsi və strukturu təsdiq edilib Bu gün, 16:48 Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM Bu gün, 16:48 Prezidentin yeni sədr təyin etdiyi Səbuhi Sadıqov kimdir? - DOSYE Bu gün, 16:48 Bakıda kişi ona "keçəl" deyən bacısını döydü Bu gün, 16:48 Ağdaşda 40 yaşlı müharibə iştirakçısı güllələnib Bu gün, 16:48 Novxanıdakı "milyonluq saray"ın sahibi Bəxtiyar Dalinin ittiham olunduğu MADDƏLƏR Bu gün, 16:48 Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da Bu gün, 16:48 Vladislav Bıkov 72 yaşında vəfat etdi Bu gün, 15:48 Həbsxanada İmamoğlu ilə Sibel Canın sevgilisi arasında QALMAQAL YAŞANDI Bu gün, 15:48 Qətərdən ABŞ və İran danışıqları ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 15:48 Corcinanın qısqanclığı Ronaldoya 100 milyon dollara başa gəldi Bu gün, 15:48 "Yelo Bank" reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu Bu gün, 15:48 Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı" Bu gün, 15:48 Qərbi Azərbaycanın yaddaş yerləri: Etnik təmizləməyə məruz qalan Alagöz kəndi Bu gün, 15:48 Aysel Teymurzadədən qızı Leyla ilə bağlı paylaşım Bu gün, 15:48 Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb Bu gün, 15:48 Ramiz Mehdiyevin evindən çıxan müəmmalı sənəd: Qızı istintaqda nələri açıqladı? Bu gün, 15:48 Elmi dərəcəli hərbçilər üçün leytenant rütbəsində olma müddətinin azaldılması qəbul edilib Bu gün, 14:48 UEFA Avropa Liqası: Əliyar Ağayev İspaniyada "Selta"nın oyununu idarə edəcək Bu gün, 14:48 Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika Bu gün, 14:48 Zakir Həsənov generallarla təlimi izlədi Bu gün, 14:48 Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi Bu gün, 14:48 "Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü Bu gün, 14:48 Şəhid övladları üçün əyləncəli proqram təşkil edilib Bu gün, 14:48 MKA "WhatsApp"da yayılan saxta kampaniyalarla bağlı xəbərdarlıq edib Bu gün, 14:48 DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR