
"2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, Bakı metropolitenində 10 yeni stansiyanın inşası planlaşdırılır".
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən bildirilib.
Qeyd edilib ki, bu stansiyalardan 6-sı Bənövşəyi, 4-ü isə Yaşıl xətt üzərində yerləşəcək:
"Bu stansiyalardan birinin, Bakı metropoliteninin Bənövşəyi xəttinin 5-ci stansiyasının inşasının 2027-ci ilin birinci yarısında istifadəyə verilməsi nəzərdə tutulur. Cəlil Məmmədquluzadə küçəsində yerləşən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 2026-cı il tarixli Qərarı ilə "20 Sentyabr" adlandırılan stansiyanın tikintisi son tamamlama mərhələsindədir.
Hazırda tikintinin norma və qaydalarına uyğun olaraq, memarlıq tərtibatı, abadlaşdırma işləri, infrastruktur quruculuğu davam etdirilir. Digər 9 stansiyanın layıhələndirmə işləri də yekunlaşdırılaraq qanunvericiliyin tələblərinə uyğun olaraq müsabiqəyə təqdim edilməsi üçün hazırlanır".
Orxan Hüseyn
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.