21-05-2026, 19:48 431

Buxarestdə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

Buxarest şəhərində Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.

Bu barədə BAKU.WS-ə Azərbaycanın Rumıniyadakı səfirliyi məlumat verib.

Bildirilib ki mərasimdə Rumıniyanın dövlət xadimləri, hökumət nümayəndələri, çoxsaylı deputat və senatorlar, ictimai-siyasi xadimlər, bu ölkədə akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, elm və mədəniyyət xadimləri, yerli KİV rəhbərləri, türk və tatar icmasının təmsilçiləri, İran azərbaycanlıları icmasının üzvləri iştirak edib.

Tədbiri açıq elan edən Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov qonaqları salamlayıb və rumın dilində çıxış edib. O, 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixi əhəmiyyətindən, xalqımızın XX əsrin sonunda müstəqilliyini bərpa etməsindən sonra qarşılaşdığı ağır sınaqlardan və Ümummilli Lider Heydər Əliyevin dövlətçilik qarşısındakı misilsiz xidmətlərindən bəhs edib.

O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illərdə siyasi, iqtisadi və diplomatik sahələrdə mühüm uğurlar əldə edib, regionun aparıcı dövlətlərindən birinə çevrilib. Azərbaycanın bu gün Avropanın enerji təhlükəsizliyində strateji rol oynayan etibarlı tərəfdaş kimi çıxış etdiyini bildirən səfir qeyd edib ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ vasitəçiliyi, o cümlədən Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında münasibətlərin normallaşdırılmasına dair mühüm sənəd imzalanıb və bu, regionda uzunmüddətli münaqişənin sona çatdırılması üçün əsas yaradıb. Onun sözlərinə görə, Cənubi Qafqazda sülh yalnız region ölkələrinin deyil, bütövlükdə Avropanın, xüsusilə də Avropaya açılan əsas qapılardan biri hesab olunan Rumıniyanın maraqlarına xidmət edir.

Rumıniya Senatının sədri Mirça Abrudean 28 may 1918-ci ildə AXC-nin elan edilməsinin tarixdə tutduğu yerə toxunub, Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olmasını, iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğunu xatırladıb, Rumıniyanın 2009-cu ilin sentyabr ayında Azərbaycanla Strateji Tərəfdaşlıq Bəyannaməsinin imzamaqla ölkəmizin strateji əhəmiyyətini anlayan ilk Avropa İttifaqı (Aİ) üzvü olduğunu vurğulayıb. O, Azərbaycan investisiyalarının rəqəmsal infrastruktur layihələri və yaşıl enerji də daxil olmaqla Rumıniyanın enerji infrastrukturumuzda vacib yer tutduğunu, hər iki ölkənin çətinliklərlə dolu bir dünyada ortaq bir yol üzrə tərəfdaş olmasını qeyd edib.

Rumıniya Prezident Administrasiyasında dövlət müşaviri Vlad İonesku ikitərəfli tərəfdaşlığın əsasının Ulu Öndər Heydər Əliyevin 1995-ci ildə həyata keçirdiyi Buxarestə səfəri əsnasında qoyulduğunu, hazırda Azərbaycanın Rumıniyanın Cənubi Qafqaz regionunda əsas iqtisadi tərəfdaşı olduğunu qeyd edib. V. İonesku Cənub qaz dəhlizi, Qara dənizin altından yaşıl enerjinin nəqli, Xəzər dənizi-Qara dəniz beynəlxalq nəqliyyat marşrutu layihələri çərçivəsində əməkdaşlıqdan bəhs edib və bu layihələrin Rumıniyanın enerji təhlükəsizliyi, eləcə də bütün Avropa üçün əhəmiyyətini vurğulayıb. O bildirib ki, Rumıniya regiondakı sabitlik baxımından Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında əməkdaşlığı, eləcə də Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyir.

Rumıniyanın Xarici İşlər Nazirliyinin (XİN) strateji məsələlər üzrə dövlət katibi (nazir müavini) Ana Kristina Tinka çıxışında Azərbaycanın hazırda sivilizasiyaların və xalqların qovuşduğu məkanda yerləşdiyini və Cənubi Qafqazdakı əsas geostrateji mövqeyini vurğulayıb. Cari ildə ikitərəfli əlaqələrin qurulmasının 35 illiyinin tamam olduğunu bildirən nazir müavini Qara dəniz-Xəzər multimodal nəqliyyat dəhlizi barədə sazişin ən qısa müddət ərzində imzalancağına ümid etdiyini bildirib. O qeyd edib ki, Cənubi Qafqaz hazırkı beynəlxalq kontekstdə getdikcə artan əhəmiyyət kəsb edən bir bölgə və Azərbaycan bu regionun ən vacib dövlətidir. A. Tinka 2025-ci ildə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını alqışlayıb, sülh müqaviləsinin imzalanmasının isə regionun potensialının tam istifadəsinə yardım edəcəyini bildirib. Nazir müavini, həmçinin Rumıniya Aİ və Azərbaycan arasında əməkdaşlığın dərinləşməsini dəstəklədiyini açıqlayıb.

Rumıniya parlamentində Azərbaycanla dostluq qrupunun rəhbəri, Baş nazirin keçmiş müavini Marian Neakşu Azərbaycanın Rumıniya və bütövlükdə Avropa üçün mühüm rolunu vurğulayaraq ölkəmizin Rumıniyanın ən yaxşı dostlarından biri adlandırıb. O bildirib ki, ötən illər ərzində həyata keçirilmiş qarşılıqlı səfərlər ikitərəfli əlaqələrin artan qrafik üzrə inkişafından xəbər verir. Parlamentlərarası münasibətlərin ikitərəfli əlaqələrdəki mühüm roluna toxunan M. Neakşu həm yaşıl, həm də qaz enerjisinin həm Rumıniyanın, həm də Avropanın iqtisadi inkişafı üçün çox vacib mənbələr olduğunu, eləcə də Rumıniyanın özünü Azərbaycan Respublikasının enerji məhsullarına Avropanın qapısını açmağa layiq olduğunu göstərdiyini qeyd edib. Çıxışının sonunda M. Neakşu ərazi bütövlüyünü bərpa etdiyinə görə Azərbaycanı təbrik edib.

Tədbirdə fəxri qonaq qismində iştirak edən Rumıniyanın keçmiş prezidenti Emil Konstantinesku çıxışında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev haqqında da fikirlərə yer verib. O, Ümummilli Lider ilə Bakıda və Buxarestdə qarşılıqlı surətdə səfirliklərin açılması və səfirlərin təyin olunması barədə qərar qəbul etdiklərini xatırladıb, Heydər Əliyevlə ildə ən azı 4-5 dəfə, sonra isə son 25 ildə, səlahiyyət müddəti bitdikdən sonra, Prezident İlham Əliyevlə ildə ən azı iki-üç dəfə görüşmək üçün fürsətinin olduğunu nəzərə çatdırıb. E. Konstantinesku bildirib ki, 1996-cı ildə ATƏT-in Lissabon zirvə görüşündə Ulu Öndər ilə dostluq münasibətləri yaranıb və daha sonra isə Ümummilli Liderin təşəbbüsü ilə Asiya və Avropa arasında qədim İpək yolunun bərpası istiqamətində ciddi işlər görülüb. O qeyd edib ki, indiki dövrün prizmasından baxanda Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyev tərəfindən davam etdirilmiş həmin planların artıq həyata keçirildiyinin şahidi oluruq.

Mərasim iştirakçıları üçün foyedə təşkil olunmuş işğaldan azad olunmuş ərazilərində bərpa və quruculuq işlərini, mina problemini, ölkəmizin inkişafını və turizm potensialını əks etdirən, eləcə də ölkəmizdə 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan olunmasına və Rumıniya-Azərbaycan münasibətlərinə həsr olunmuş fotosərgi ilə tanış olmaq imkanı yaradılıb. Sərgi ziyarətçilərinin suallarını səfirliyin əməkdaşları cavablandırıblar.

Mərasimin sonunda iştirakçılara Azərbaycan milli mətbəxinə məxsus təamlar təqdim edilib. Tədbir Rumıniya mətbuatında da geniş işıqlandırılıb və ölkəmizin müstəqil dövlət kimi güclənməsini əks etdirən rəmzi bir hadisə kimi təqdim olunub.

Paylaş

Xəbər lenti

Azərbaycanda molla arvadını qətlə yetirdi: Amansızlıqla törədilən qətlin pərdəarxası Bu gün, 00:48 2027-ci ildə dünyanı nələr gözləyir? - Ekstrasenslərin proqnozları, alimlərin gözləntiləri Bu gün, 00:48 Zaqatalada 20 gündür itkin düşən şəxsin yaxınları: "Kəndə girişi kameraya düşsə də, çıxışını görən olmayıb" Dünən, 23:48 Leyla Əliyeva "Sayrışan simvollar" adlı sərgidən paylaşım edib Dünən, 23:48 Şəhid anası qəzada həlak oldu Dünən, 23:48 Qərbi Azərbaycanın yaddaş yerləri: Azərbaycanlı izlərinin silindiyi Saral kəndi Dünən, 23:48 Ankarada Azərbaycanın Zəfər günü qeyd olunub Dünən, 23:48 "Binance" hakerlərin 6 mlrd dollarlıq kriptovalyuta oğurluğu sxeminin detallarını açıqlayıb Dünən, 23:48 Batrakovun qolları "Qalatasaray"a qələbə qazandırdı Dünən, 23:48 Buxarestdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib Dünən, 22:48 Bağça müəllimlərinin sertifikatlaşdırılması üzrə qiymətləndirmə meyarları açıqlandı Dünən, 22:48 Autizmli şəxslərdə parkinsonizm riski daha yüksəkdir - ARAŞDIRMA Dünən, 22:48 İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi bağlandı Dünən, 22:48 ABŞ və İran müvəqqəti razılaşmaya nail olmaq üçün qarşılıqlı güzəştlərə gedib Dünən, 21:48 Konstitusiya Məhkəməsi ilə Dövlət İdarəçilik Akademiyası birgə tədbir keçirib Dünən, 21:48 İran F-1 və MotoGP yarışlarının keçirildiyi hotelləri vuracağını açıqlayıb Dünən, 21:48 ABŞ İrana nüvə zərbəsi endirəcək? Dünən, 21:48 İki dəfə evlənib-boşandığı aktrisadan danışan Sinan: "Unudulması çətin qadındır" Dünən, 21:48 Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı Dünən, 21:48 Paşinyan: Ermənistan gələn il Aİ-yə üzvlük üçün müraciət edə bilər Dünən, 20:48 İlham Əliyevin xarici siyasət strategiyası, Azərbaycanın artan beynəlxalq çəkisi və Vaşinqtondan gələn dəvətin arxasında dayanan geosiyasi reallıqlar Dünən, 20:48 Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? - VACİB AÇIQLAMA Dünən, 20:48 Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar Dünən, 20:48 Bakıda torpaq sahələrinin qiyməti oktyabrda orta hesabla 18 %-ə yaxın artıb Dünən, 19:48 AYNA: 195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir Dünən, 19:48 Metro istifadəçilərinə SEVİNDİRİCİ XƏBƏR - Bu stansiya 2027-ci ildə açılır Dünən, 19:48 Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır Dünən, 19:48 Nə qədər sərnişin metrodan ödənişsiz istifadə edib? Dünən, 19:48 2027-ci ilsə öz yarını tapacaq 5 BÜRC Dünən, 18:48 Tiktokda qadına gül atan kişiyə cinayət işi AÇILDI Dünən, 18:48 20 illik həyat yoldaşını ona yaraşdırmayanlara cavab verdi: "Vecimə deyil!" Dünən, 18:48 ABŞ-nin birinci xanımı Oleşkidə atəşkəslə bağlı diplomatik görüş təşkil edəcək Dünən, 18:48 Bakıda bu poliklinika əsaslı TƏMİR OLUNACAQ - 1.5 milyon manat ayrıldı Dünən, 18:48 Gəncədə avtomobil mopedlə toqquşdu - Xəsarət alan var Dünən, 18:48 Amnistiya ilə çıxdı, ətçəkənlə çaydan oğurlayıb yenidən həbsə düşdü Dünən, 18:48 Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı Dünən, 17:48 SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşüb Dünən, 17:48 Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub Dünən, 17:48 Ukraynada yaşayan azərbaycanlıya vəzifə verildi Dünən, 17:48 Separatçılığa görə beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib Dünən, 17:48 Faiq Ağayev: "Bəzi müəllimlər hazırlıq keçsin deyə, şagirdlərə biliyi az verir" Dünən, 17:48 Milyonçu Bəxtiyar Dalinin zorlamaq istədiyi deyilən qadın müğənni imiş: Təfərrüat Dünən, 17:48 Bakıda qadın "TikTok"da canlı yayımda öldü Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin ifadəsi AÇIQLANDI Dünən, 17:48 "Arka Sokaklar"ın aktyoru ən çox borc pul aldığı həmkarının adını açıqladı Dünən, 17:48 İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib Dünən, 17:48 "Andorra"nın qapıçısını 4 ilədək həbs cəzası gözləyir - Bu hadisə araşdırılır Dünən, 16:48 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR