
"Sabah" fransalı futbolçusu Aaron Maluda ilə yollarını ayırıb.
Bu barədə AVESTA.AZ-ə Bakı klubundan məlumat verilib.
20 yaşlı futbolçu İsveçrənin "Bazel" klubuna transfer olunub.
A.Maluda ötən ilin sentyabrından "Sabah"ın uğurları üçün çalışırdı. O, komandanın heyətində ümumilikdə keçirdiyi 31 oyunda 9 qola imza atıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.