
Goranboy rayonunda 18 yaşlı qızın meyiti yaşadığı evdə tapılıb.
AVESTA.AZ oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Sarov kəndində qeydə alınıb.
Belə ki, 2008-ci il təvəllüdlü Z.Qurbanovanın meyiti ailəsinin yaşadığı evdə aşkarlanıb.
Məlumatla əlaqədar hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar.
Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib. Ölümün dəqiq səbəbi hələ müəyyənləşdirilməyib.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.