
Ucarda yol-nəqliyyat hadisəsi baş verib, ölən var.
AVESTA.AZ APA-ya istinadla xəbər verir ki, hadisə gecə saatlarında Bakı-Qazax magistralının rayonun Küçəkənd kəndindən keçən hissəsində baş verib.
Belə ki, Bərdə rayon sakini, 1992-ci il təvəllüdlü Rusif İsmayıl oğlu Mehralıyev idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə velosipedçini vurub.
Aldığı ağır xəsarətlərdən velosipedçi hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.