
Naxçıvan Dövlət Universitetinin "İqtisadiyyat və marketinq" kafedrasının müəllimi Elşən Nəsirov vəfat edib.
AVESTA.AZ xəbər verir ki, bu barədə Universitet məlumat yayıb.
Bildirilib ki, 1964-cü ildə Naxçıvanda anadan olan Elşən Nəsirov uzun illər iqtisadiyyat və idarəetmə sahəsində çalışıb. O, müxtəlif müəssisələrdə rəhbər vəzifələrdə fəaliyyət göstərib, 2000–2002-ci illərdə Naxçıvan Özəl Universitetində müəllim işləyib.
Elşən Nəsirov 2020-ci ildən Naxçıvan Dövlət Universitetində pedaqoji fəaliyyət göstərib.
Allah rəhmət eləsin!
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.