
Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli (63 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında finala vəsiqə qazanıb
BAKU.WS report-a istinadən xəbər verir ki, idmançı yarımfinalda Sergey Yemelinlə (Rusiya) dueldən qalib ayrılıb.
O, sabah qızıl medal uğrunda qarşılaşmada Karen Aslanyanla (Ermənistan) üz-üzə gələcək.
Bu gün Həsrət Cəfərov (67 kq) yarımfinalda Səid Esmaeili (İran) ilə görüşəcək.
Xatırladaq ki, mundial noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb.
Azərbaycanın daha iki yunan-Roma güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Nihat Məmmədli (63 kq) və Həsrət Cəfərov (67 kq) bu raunda yüksəliblər.
N.Məmmədli 1/4 finalda Qətər təmsilçisi Aref Mohammadidən üstün olub. Onun yarımfinaldakı rəqibi Sergey Yemelin (Rusiya) olacaq.
H.Cəfərov eyni raundda Cənubi Koreyadan olan Hanjae Çunqu məğlub edib. O, yarımfinalda Səid Esmaeili (İran) ilə qarşılaşacaq.
İslam Abbasov (87 kq) isə 1/8 finalda məğlub olub.
Xatırladaq ki, mundial noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.