
Türkiyə Daxili İşlər Nazirliyi xaricdə gizlənən cinayətkarlara qarşı genişmiqyaslı əməliyyat keçirib. Son 1 ay ərzində ümumilikdə 63 cinayətkar tutularaq Türkiyəyə gətirilib.
AVESTA.AZ xəbər verir ki, ekstradisiya edilənlər arasında "Survivor" yarışmasındakı çıxışı ilə tanınan Hikmet Tuğsuz və "Sıfır Bir" serialının aktyorlarından olan Cengizhan Yurdutek də var.
Hikmet Tuğsuz şəxsi məlumatların qanunsuz əldə edilməsi və ya yayılması, qəsdən və sadə xəsarət yetirmə, böhtan, külli miqdarda dələduzluq cinayətləri ilə axtarışda olub.
17 iyun 2025-ci ildən etibarən 8 ayrı həbs qətimkan tədbiri qərarı ilə qırmızı bülletenlə axtarılan H. Tuğsuz 25 sentyabr 2026-cı ildə Gürcüstanda tutularaq Türkiyəyə gətirilib.
Cengizhan Yurdutek qəsdən xəsarət yetirmə, narkotik və ya xəbərdaredici maddələrin ticarəti və 7258 saylı qanuna zidd əməllər yəni qanunsuz mərc oyunları üzrə axtarılırdı.
24 iyun 2025-ci ildən etibarən haqqında 6 ayrı həbs qərarı qəbul edilən aktyor 10 oktyabr 2026-cı ildə Monteneqroda saxlanılaraq Türkiyəyə gətirilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.