Bu gün, 18:48 119

Səfir: Cəbrayılda istixana təsərrüfatında Niderland modeli tətbiq oluna bilər

Niderland şirkətləri Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında, xüsusən də su resurslarının idarə edilməsi, bərpa olunan enerji, kənd təsərrüfatı və dayanıqlı infrastruktur sahələrində iştirak imkanlarına malikdirlər.

AVESTA.AZ xəbər verir ki, bu barədə "Report"a müsahibəsində Niderlandın Azərbaycandakı səfiri Marian de Yonq bildirib.

Onun sözlərinə görə, Azərbaycanın azad edilmiş ərazilərində aparılan bərpa işlərinin miqyası və dayanıqlı inkişafa diqqət yetirilməsi bu istiqamətdə iki ölkə arasında əməkdaşlıq üçün perspektivlər açır.

Səfir vurğulayıb ki, o, artıq üç dəfə Azərbaycanın bu regionlarına səfər edib: "Hər üç səfər məndə çox böyük təəssürat yaradıb. Hər dəfə inkişafın nə qədər sürətlə getdiyini və orada necə irimiqyaslı obyektlərin inşa edildiyini görürsən. Bu, həqiqətən heyranedicidir. Düşünürəm ki, Niderland şirkətləri də baş verən dəyişikliklərə diqqət yetiriblər və bu cür imkanlar əldən verilməməlidir".

O vurğulayıb ki, Niderland su ehtiyatlarının idarə edilməsi, bərpa olunan enerji, kənd təsərrüfatı, dayanıqlı infrastruktur, eləcə də "ağıllı şəhər və kənd" konsepsiyası kimi sahələrdə müvafiq təcrübəyə malikdir: "Buna görə də konkret layihələrin tələbləri, onların kommersiya cəhətdən məqsədəuyğunluğu və qüvvədə olan qanunvericilik nəzərə alınmaqla, bu sahələrdə ixtisaslaşmış Niderland şirkətləri üçün müəyyən imkanlar yarana bilər".

Marian de Yonq həmçinin bildirib ki, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Niderlandda istifadə olunan və sənaye miqyaslı istixana təsərrüfatlarının inkişafını nəzərdə tutan "Vestland" modelinin Cəbrayıl rayonunda tətbiqində maraqlı olduğunu ifadə edib.

"Biz bu müraciəti diqqətlə araşdırır, Niderlandın bilik və təcrübəsinin regiona cəlb edilməsi, o cümlədən bu prosesdə özəl sektorun və elmi-tədqiqat institutlarının iştirakı imkanlarını öyrənirik", - səfir bildirib.

Cənubi Qafqazdakı hazırkı vəziyyəti şərh edən Marian de Yonq vurğulayıb ki, Niderland sülh prosesini (Bakı ilə İrəvan arasında - red.) dəstəkləyir: "Biz (Bakı və İrəvan arasında - red.) sülh prosesinin hazırkı vəziyyətindən çox məmnunuq. Biz bu prosesi qətiyyətlə dəstəkləyir, hər iki ölkə və əldə olunan irəliləyişlə fəxr edirik. Niderland sülh prosesini həm ikitərəfli səviyyədə, həm də Avropa İttifaqı çərçivəsində dəstəkləyir. Hesab edirəm ki, sülh prosesinin irəliləməsi üçün hər iki ölkənin göstərdiyi mühüm səyləri qeyd etmək vacibdir. Biz bundan sonra da mümkün olan bütün vasitələrlə onları dəstəkləməyə hazırıq".

Diplomat həmçinin Azərbaycanda mövcud olan yüksək təhlükəsizlik səviyyəsini qeyd edib:

"Çox şanslıyam ki, diplomatik missiyanın rəhbəri kimi məhz Azərbaycana təyinat almışam. Bura dünyada bu gün çox təhlükəsiz olan yeganə yerdir".

Paylaş

Xəbər lenti

Səfir: Cəbrayılda istixana təsərrüfatında Niderland modeli tətbiq oluna bilər Bu gün, 18:48 Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər məhkəməyə gətirilib Bu gün, 18:48 Nazirlər Kabinetindən təhsilalanlarla bağlı VACİB QƏRAR Bu gün, 18:48 Ermənistanda məhbus məhkəmə binasından qaçdı Bu gün, 18:48 Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar Bu gün, 18:48 Bu rayonda avtomobil yolları təmir olunacaq - 1,8 milyonluq LAYİHƏ Bu gün, 18:48 Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edilib Bu gün, 18:48 Sumqayıtda dəmiryol vağzalının qarşısında avtomobil yandı Bu gün, 17:48 Hindistan Azərbaycandan neft alışını 5 dəfəyə yaxın artırıb Bu gün, 17:48 Uzun yaşamaq istəyənlərə XƏBƏRDARLIQ - Bu iki üsula inanmayın Bu gün, 17:48 Axtarışda olan "Survivor" iştirakçısı və tanınmış aktyor xaricdə tutularaq Türkiyəyə gətirildi Bu gün, 17:48 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü Bu gün, 17:48 İranlı nazirə təbrizli qızdan sərt sual: "Hansı dildə təhsil alacaqlar?" Bu gün, 17:48 Təkəri partlayan yük maşını aşdı - Daşıdığı qoyunlar yola səpələndi Bu gün, 17:48 Azərbaycanlı sabiq icra başçısı Rusiyada vəfat etdi Bu gün, 17:48 Baş Prokurorluqdan "WhatsApp"la bağlı xəbərdarlıq Bu gün, 17:48 Hikmət Hacıyev: Azərbaycan xalqı erməni cəmiyyətindən üzrxahlıq gözləyir Bu gün, 16:48 Hikmət Hacıyev: "Le Figaro", demək olar ki, hər gün Azərbaycan əleyhinə saxta materiallar dərc edir Bu gün, 16:48 Erməni nazir Şəkidəki hadisənin detallarını açıqladı: Nəsimi Musayev necə saxlanıldı? Bu gün, 16:48 İlin sonuna qədər həyatı kökündən dəyişəcək 4 BÜRC - Yeni dövr başlayır Bu gün, 16:48 Bakıda 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib Bu gün, 16:48 Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti Bu gün, 16:48 Dünya çempionatı: Nihat Məmmədli finala vəsiqə qazanıb Bu gün, 16:48 Air Arabia-nın xəritəsində Xankəndinin adı hələ də təhrif olunaraq yazılır Bu gün, 15:48 Deputatın oğlunun da həbs edildiyi cinayətdə öldürülən Ceyhunun YENİ FOTOLARI Bu gün, 15:48 Bakıda 20 yaşlı oğlan sevgilisini BMW-nin içərisində döydü Bu gün, 15:48 Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib Bu gün, 15:48 İlham Əliyev İƏT-in baş katibini qəbul edib Bu gün, 15:48 Hikmət Hacıyev: Sülh sazişi tək kağız üzərində olmamalıdır Bu gün, 15:48 Prezidentin köməkçisi: Süni intellekt dövründə həqiqətin tapılması daha ciddi çağırışla üz-üzədir Bu gün, 15:48 Qarabağ və Şərqi Zəngəzurda 100-dən çox kənd və qəsəbənin ərazi planlaşdırılması başa çatdırılıb Bu gün, 15:48 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq Bu gün, 15:48 İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib Bu gün, 14:48 Azərbaycanın Milli Qəhrəmanının son durumu açıqlandı Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır Bu gün, 14:48 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib Bu gün, 14:48 Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib Bu gün, 14:48 Ceyhun Bayramov: Azad edilmiş ərazilərdə çalışan Niderland şirkətlərinin sayının artırılması üçün potensial var Bu gün, 14:48 Meksikada Vens qasırğası ilə bağlı dörd ştatda xəbərdarlıq edilib Bu gün, 14:48 Bakıda yanğın təhlükəsizliyi qaydalarını pozan restoranın fəaliyyəti dayandırılıb Bu gün, 14:48 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama Bu gün, 13:48 Azərbaycanda Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradılıb Bu gün, 13:48 Azərbaycanla Özbəkistan arasında turizm və mədəniyyət sahələrində əməkdaşlıq sazişləri təsdiqlənib Bu gün, 13:48 Ötən həftə 997 ha ərazi minalardan təmizlənib Bu gün, 13:48 "Sabah" 30 illik çempionat tarixinin rekordunu təkrarladı Bu gün, 13:48 Abşeronda yolun təmiri çərçivəsində drenaj sistemi qurulacaq Bu gün, 13:48 Mayk Tayson türk serialına çəkiləcək Bu gün, 13:48 66 yaşlı aktyor 30 yaş kiçik sevgilisi ilə evləndi Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR