12-08-2026, 15:48 33

İlham Əliyevin Avropaya elektrik enerjisi ixracı planları Gürcüstan mətbuatında

Gürcüstan mediası İlham Əliyevin Avropaya elektrik enerjisi ixracı və enerji dəhlizləri ilə bağlı açıqlamalarını geniş işıqlandırıb.

AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, Gürcüstanın aparıcı televiziya kanalları və xəbər resursları Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvanda verdiyi müsahibəyə geniş yer ayırıb.

Gürcüstanın İctimai Televiziyasının (1TV) və "İmedi" televiziyasının internet səhifələrində yayımlanan materiallarda Azərbaycan Prezidentinin ölkəmizin Avropa bazarına elektrik enerjisi ixrac etmək niyyəti, bu istiqamətdə Gürcüstan və Türkiyənin əsas tranzit marşrut kimi rolu, eləcə də regionda yeni enerji və nəqliyyat bağlantılarının yaradılması ilə bağlı fikirləri ön plana çıxarılıb.

Nəşrlər İlham Əliyevdən sitatlar gətirib, onun fikirlərini şərh ediblər. "Azərbaycan artıq Avropa bazarına neft və qaz ixrac edir və elektrik enerjisinin də Avropa bazarına çatdırılması istiqamətində imkanları genişləndirmək niyyətindədir", - nəşrlər Prezidentin bu sözlərini dərc ediblər. Prezidentin sözlərinə görə, hazırda Azərbaycanın Avropa bazarına elektrik enerjisi ixrac etməsi üçün əsas marşrut Gürcüstan və Türkiyədən keçir.

"Regionumuzda Azərbaycan qədər enerji ilə hərtərəfli təchiz olunmuş başqa bir ölkə yoxdur, istər neft, istər qaz, istərsə də elektrik enerjisi olsun. İxrac imkanlarımızı qonşu ölkələrə genişləndirməklə Avropa bazarına da çıxış əldə edəcəyik. Biz artıq Avropanı neft və qazla təchiz etmişik, eyni zamanda Avropa bazarını elektrik enerjisi ilə də təmin etmək istəyirik", - deyə İlham Əliyevin fikirlərini nəşrlər tirajlayıblar.

Qeyd edilib ki, Azərbaycan Prezidenti bu imkanların genişləndirilməsinin vacibliyini vurğulayaraq, xüsusilə Qara dəniz enerji kabeli layihəsinə diqqət çəkib. O bildirib ki, layihənin texniki-iqtisadi əsaslandırması artıq hazırdır və ikinci elektrik ötürücü xəttinin yaradılması Azərbaycanın imkanlarını daha da gücləndirə bilər.

İlham Əliyev Azərbaycanın enerji sisteminin hazırda Rusiya, İran və Gürcüstanın enerji sistemləri ilə əlaqəli olduğunu, Gürcüstan üzərindən isə Türkiyəyə və daha sonra Avropa bazarına çıxışın təmin edildiyini qeyd edib.

Azərbaycan Prezidenti Ermənistan üzərindən Naxçıvana elektrik xətlərinin çəkilməsini nəzərdə tutan layihənin də hazır olduğunu bildirib. Onun sözlərinə görə, Ermənistandan Naxçıvana, oradan isə Türkiyəyə və Avropaya uzanacaq enerji dəhlizi gələcəkdə regionun enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edə bilər.

İlham Əliyev Azərbaycanın son illərdə elektrik enerjisi infrastrukturunun inkişafı istiqamətində gördüyü işlərdən də danışıb.

"Son beş ildir ki, biz Kəlbəcər dağlarında, hətta qarlı havada belə, 3500 metr hündürlükdə elektrik ötürücü qüllələr ucaldırıq", - deyə Prezident bildirib.

Onun sözlərinə görə, Ermənistan üzərindən Naxçıvana elektrik xəttinin çəkilməsi layihəsinə başlanılacağı təqdirdə, bu işlərin həyata keçirilməsi uzun müddət tələb etməyə bilər.

İlham Əliyev bu layihənin gələcəkdə Zəngəzur dəhlizi və TRIPP layihəsinin ayrılmaz hissəsinə çevrilə biləcəyini də qeyd edib.

Prezidentin sözlərinə görə, həmin marşrut yalnız dəmir yolu və avtomobil yolundan ibarət olmayacaq. Buradan fiber-optik kabellərin, elektrik xətlərinin və gələcəkdə zərurət yaranarsa, neft və qaz kəmərlərinin də keçirilməsi mümkün ola bilər.

Azərbaycan Prezidenti müsahibəsində Zəngəzur dəhlizinin iqtisadi əhəmiyyətinə də toxunub. O bildirib ki, dəhliz vasitəsilə 15 milyon ton və ya daha çox yükün daşınması əlavə iqtisadi fəaliyyətin yaranmasına, yeni iş yerlərinin açılmasına və Naxçıvanın mühüm nəqliyyat mərkəzlərindən birinə çevrilməsinə imkan verəcək.

İlham Əliyev qeyd edib ki, Zəngəzur dəhlizi ideyası ilk dəfə irəli sürülərkən əsas diqqət nəqliyyat seqmentinə yönəlsə də, hazırda layihəyə daha geniş kontekstdə baxılır.

Gürcüstan mediasının Azərbaycan Prezidentinin açıqlamalarına geniş yer verməsi xüsusilə enerji, nəqliyyat və tranzit imkanları baxımından Bakı-Tbilisi əməkdaşlığının aktuallığını da ön plana çıxarıb.

Qeyd edək ki, Gürcüstan Azərbaycan enerji resurslarının Türkiyə və Avropa bazarlarına çıxarılmasında əsas tranzit ölkələrdən biridir. Azərbaycan və Gürcüstan arasında enerji və nəqliyyat sahəsində həyata keçirilən layihələr Cənubi Qafqazın regional bağlantısının və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Paylaş

Xəbər lenti

9 Noyabr – Dövlət Bayrağı Günüdür Bu gün, 00:48 Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir Dünən, 23:48 Azərbaycan təmsilçisi Yeniyetmələrin Yay Olimpiya Oyunlarının çempionu olub Dünən, 23:48 SOCAR-ın kollektivi Zəfər abidəsini ziyarət edib Dünən, 23:48 Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub Dünən, 23:48 Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib Dünən, 22:48 Uşaq oyuncaqları ilə bağlı yeni qaydalar təsdiqləndi: Valideynlər nələri bilməlidir? Dünən, 22:48 "Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb Dünən, 22:48 Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" Dünən, 22:48 Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib Dünən, 21:48 Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər Dünən, 21:48 Türkiyədə məşhur tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı Dünən, 21:48 Husilər Səudiyyə Ərəbistanında "Saudi Aramco" obyektlərini hədəf aldıqlarını bildiriblər Dünən, 21:48 Zəfər Günü münasibətilə Ağdam və Xocavənd rayonlarında ağacəkmə aksiyaları keçirilib Dünən, 20:48 Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub Dünən, 20:48 İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdülər Dünən, 20:48 Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib Dünən, 20:48 Premyer Liqa: "Sabah" "Şamaxı" ilə oyunda xal itirib Dünən, 20:48 Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız Dünən, 20:48 "Fənərbağça" səfərdə "Çorum"u 5 cavabsız qolla məğlub etdi Dünən, 20:48 Bir sıra xarici ölkələrdə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib Dünən, 19:48 Ərdoğanın səsləndirdiyi "Şuşa gözləyir bizi" şeirinin müəllifi kimdir? Dünən, 19:48 Qırx dörd günün dərsləri: Azərbaycanın iradəsi hərbi üstünlüyü siyasi nəticəyə çevirdi Dünən, 19:48 Qazaxda "KamAZ" sürücüsü sükan arxasında öldü Dünən, 19:48 Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında Türkiyə lideri ilə görüşünə dair paylaşım olunub Dünən, 19:48 Xüsusi nümayəndəliyin və Ağdam, Füzuli, Xocavənddə Bərpa, Tikinti, İdarəetmə Xidmətinin əməkdaşları şəhid ailələri ilə görüşüb Dünən, 19:48 Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" Dünən, 18:48 İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər Tağı abidəsini ziyarət edib Dünən, 18:48 Azərbaycan Basketbol Liqasında VI tura yekun vurulub Dünən, 18:48 Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər Dünən, 18:48 Ərdoğan: "Qarabağda bərpa edilən tarixi irs Azərbaycan xalqının gələcəyə olan inamını göstərir" Dünən, 18:48 Mədəniyyət Nazirliyinin kollektivi Zəfər abidəsinin önünə gül dəstələri qoyub Dünən, 18:48 Zəfər Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş olub Dünən, 18:48 Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava Dünən, 17:48 Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil olunub - Fotoreportaj Dünən, 17:48 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib Dünən, 17:48 Rəcəb Tayyib Ərdoğan: Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər Dünən, 17:48 Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər Dünən, 17:48 Leyla Əliyeva Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib Dünən, 17:48 Ərdoğan: "Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" Dünən, 17:48 Türkiyə Prezidenti Ankara ilə Bakı arasındakı münasibətləri "sönməz məşəl" adlandırıb Dünən, 17:48 Azərbaycanın və Türkiyənin birinci xanımları çay masası əsnasında söhbət ediblər Dünən, 17:48 Gəncədə Zəfər Gününə həsr olunan konsert baş tutub Dünən, 17:48 Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verib Dünən, 17:48 Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər Dünən, 17:48 Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" Dünən, 17:48 Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar Dünən, 17:48 Vətən övladlarının xatirəsi Gənclər və İdman Nazirliyinin kollektivi tərəfindən yad olunub Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR