
"Beşiktaş"ın heyətinə qatılan serbiyalı hücumçu Duşan Vlahoviç İstanbulda böyük coşqu ilə qarşılanıb.
AVESTA.AZ xəbər verir ki, kub rəhbəri Serdal Adalı ilə birlikdə İstanbula gələn 26 yaşlı futbolçunu hava limanında təxminən 3 min azarkeş qarşılayıb. Vlahoviç tərəfdarlarla birlikdə "üçlü" çəkib və türkcə "Çempion olmaq istəyirik" deyib.
Ulduz futbolçunun gəlişində isə başqa bir detal diqqət çəkib. Onun İstanbula 2 yeşik pomidorla gəldiyi iddia olunub.
Pomidor yeşiklərinin görüntüləri sosial şəbəkələrdə qısa zamanda yayılaraq minlərlə reaksiya toplayıb.
Vlahoviç isə "Beşiktaş"a keçidindən məmnun olduğunu bildirib: "Çox xoşbəxtəm, möhtəşəm hissdir. Oynamaq üçün səbirsizlənirəm" deyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.