
Türkiyənin Şimali Marmara magistral avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
AVESTA.AZ-in "Haber Global"a istinadən verdiyi məlumata görə, qəza magistralın İstanbulun Sarıyer rayonundan keçən hissəsində qeydə alınıb.
Hadisə zamanı yük avtomobili ilə minik avtomobili toqquşub. Qəza nəticəsində biri uşaq olmaqla, üç nəfər həyatını itirib, beş nəfər isə xəsarət alıb.
Qəza magistralda nəqliyyatın hərəkətində sıxlığın yaranmasına səbəb olub.
Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.