
ABŞ-da qəribə hadisə yaşanıb.
AVESTA.AZ xəbər verir ki, lotereya qazanan şəxs ləng olduğu üçün 1 milyon dollarını itirmək riski ilə üzləşib.
Bu barədə New York "Upstate web" məlumat yayıb.
Qeyd edilib ki, bilet "Port Cefferson"dakı əsas küçədəki bir mağazadan alınıb.
Sözügedən bilet 1 sentyabr 2025-ci il tarixli lotereyada çəkilən beş əsas rəqəmlə uyğun gəlib: 8, 23, 25, 40 və 53.
Əlavə nömrəsi olmayan beş əsas rəqəm lotereyanın ikinci ən böyük mükafatını qazanıb.
Qaydalara görə, bu mükafat tirajdan bir il ərzində tələb olunmalıdır.
Bu bilet üçün son tarix 1 sentyabr 2026-cı ildir. Lotereya qalibinin pulunu tələb etmək üçün cəmi iki həftəsi var, əks halda ləng hərəkət etməsi səbəbindən pulunu itirəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.