18-08-2026, 18:48 25

WP: Rusiyada PUA hücumları fonunda banklardan nağd pul çıxarışı rekord səviyyəyə yüksəlib

Rusiyanın bank sistemindən nağd pul çıxarılması rekord həddə çatıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "The Washington Post"un (WP) məqaləsində bildirilib.

Cari ilin əvvəlindən rusiyalılar Rusiya-Ukrayna müharibəsinin ilk ili ilə müqayisədə daha çox vəsait çıxarıblar. Bildirilib ki, tendensiya Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) hücumları və hakimiyyətin əmanətlərə çıxışı məhdudlaşdıra biləcəyi və ya müharibəni maliyyələşdirmək üçün aktivləri müsadirə etməyə başlaya biləcəyi ilə bağlı artan narahatlıqlar fonunda güclənir.

Təkcə avqustun ilk iki həftəsində Rusiya banklarından təxminən 3,4 milyard dollar (286,4 milyard rubl) çıxarılıb. Rusiya Mərkəzi Bankının məlumatlarına görə, iyul ayında axın 7,3 milyard dollar təşkil edib, iyunda isə 4,5 milyard dolları ötüb.

"Sberbank"ın maliyyə direktoru Taras Skvortsovun sözlərinə görə, bu il çıxarılan vəsaitlərin ümumi həcmi müharibənin ilk ilinin göstəricisini iki dəfə üstələyə bilər.

"Dronlar uçur. Nəsə yanır. Gərginlik artır. Və ehtimal ki, insanların həyat təcrübəsi işə düşür: pulları, ola bilsin ki, bir daha geri qaytarılmayacaq hansısa banklarda deyil, yastığın altında nağd şəkildə saxlamaq lazımdır. Bəzi banklar üçün bu, həqiqətən də problemdir. Onlar bunu gözləmirdilər və bütün nağd pullarını digər aktivlərə yatırıblar, insanlar isə bu vaxt gəlib ayda yarım trilyon rubl çıxarırlar", - deyə sabiq məmur əlavə edib.

Rusiya Mərkəzi Bankının sabiq məsləhətçisi Aleksandra Prokopenko hesab edir ki, vəsait axını əhali arasında narahatlığın dərinləşdiyini göstərir.

"Bu o deməkdir ki, insanlar Rusiya bank sisteminə və ya Rusiya maliyyə sisteminə etibar etmirlər. Bütün bunlar hökumətin bank sistemi ilə nəsə edəcəyi, əmanətləri milliləşdirə biləcəyi qorxusunun nəticəsidir", - o bildirib. Prokopenkonun fikrincə, əmanətlərin milliləşdirilməsi az ehtimal olunur. Bununla belə, o, hakimiyyətin vəsaitlərin çıxarılmasına məhdudiyyətlər tətbiq edə biləcəyini istisna etmədi.

İlin əvvəlindən Rusiya bank sistemindən çıxarılan vəsaitlərin həcmi artıq 24,7 milyard dolları (2 trilyon rubl) keçib - 2022-ci ildə məhz bu qədər vəsait çıxarılmışdı.

O zaman yalnız ilk iki həftə ərzində əmanətçilər banklardan 23 milyard dollar çıxarmışdılar. Axının qarşısını yalnız hakimiyyət tərəfindən kapitalın hərəkətinə sərt nəzarətin tətbiq edilməsindən və faiz dərəcələrinin kəskin artırılmasından sonra almaq mümkün oldu.

İndi aktivlərin mümkün müsadirəsindən narahat olan iri biznes də vəsaitləri Rusiya tənzimləyicilərinin nəzarətindən çıxarmağa çalışır. Mərkəzi Bankın məlumatlarına görə, təkcə 2026-cı ilin ikinci rübündə Rusiyadan 9,4 milyard dollardan çox vəsait köçürülüb.

Paylaş

Xəbər lenti

XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur Bu gün, 12:48 FIFA U-20 dünya çempionatının brendi Bakıda nümayiş etdirilib Bu gün, 12:48 Füzuli şəhərinə indiyədək 3 200-ə yaxın sakin qayıdıb Bu gün, 12:48 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı Bu gün, 12:48 Bu ölkədə 5,6 bal gücündə zəlzələ oldu Bu gün, 12:48 Vüqar Bayramov: "Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb" Bu gün, 12:48 Bakı tarixində ilk: Sumo üzrə dünya çempionatı start götürür Bu gün, 11:48 Əməkdar artist ilk dəfə nənə oldu Bu gün, 11:48 Sabiq icra başçısının oğlunun iki milyonluq əmlakını kimlər ələ keçirib? - Anası məhkəmədə danışdı Bu gün, 11:48 Azərbaycanın yeniyetmə taekvondoçuları təlim-məşq toplanışı keçiriblər Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 116 dollara düşüb Bu gün, 11:48 Müğənni Bayhan dinini dəyişdirib? - AÇIQLAMA Bu gün, 11:48 Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb Bu gün, 10:48 Bu gün Bakıda ilk dəfə olaraq sumo üzrə dünya çempionatı keçiriləcək Bu gün, 10:48 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? Bu gün, 10:48 Bakıda "Changan" piyadanı vurub öldürdü Bu gün, 10:48 Azərbaycanlı məşhur "Səhra Çiçəyi"nə Dubayda klip çəkdirdi Bu gün, 10:48 Məşhur futbolçu Rusiya-Ukrayna müharibəsində həlak olub Bu gün, 10:48 Samuxda ağır yol qəzası - Avtomobil iki hissəyə bölündü, xəsarət alan var Bu gün, 09:48 İstanbulda seldə ölənlərin sayı 5 nəfərə çatdı Bu gün, 09:48 "20 Yanvar" dairəsində yenilik olacaq Bu gün, 09:48 Azərbaycan Premyer Liqasında bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq Bu gün, 09:48 Füzuliyə köçürülən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:48 Türkiyədə qidadan zəhərlənənlərin sayı 88 nəfərə çatdı Bu gün, 09:48 Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı Bu gün, 09:48 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür Bu gün, 00:48 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür Bu gün, 00:48 Qərbi Azərbaycanın yaddaş yerləri: Amasiya kəndinin tarixi və arxiv faktları Bu gün, 00:48 Bu hallarda insanlarda aqressiya təhlükəli həddə çatır Dünən, 23:48 Tramp Krımdan danışdı Dünən, 23:48 Filipe Kandido: "İlk 10 dəqiqə ərzində "Araz-Naxçıvan"ın qarşısını necə alacağımızı düşünürdük" Dünən, 23:48 Döş xərçənginin ilk əlamətləri açıqlanıb Dünən, 23:48 Alyona Əliyeva rəssam Anar Hüseynzadənin "O" adlı fərdi sərgisinin açılış mərasimindən paylaşım edib Dünən, 23:48 Makron: Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək Dünən, 23:48 Minimum əməkhaqqı artacaq? Dünən, 22:48 İlqarə Kazımova: "Qoy sevməsin heç" Dünən, 22:48 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" Dünən, 22:48 Bitki yağları dizel mühərriklərinin yanacaq sərfiyyatını artırır - ARAŞDIRMA Dünən, 22:48 Azərbaycanın 2 boksçusu dünya çempionatına qələbə ilə start verib Dünən, 22:48 Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib Dünən, 21:48 Kreml Trampın Zelenski ilə bağlı fikirləri ilə razılaşıb Dünən, 21:48 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR Dünən, 21:48 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib Dünən, 21:48 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib Dünən, 21:48 Manatın taleyi necə olacaq? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI Dünən, 20:48 Güclü AQEM və Orta Dəhliz: Bakı sammiti qlobal təhlükəsizliyə nələr vəd edir? Dünən, 20:48 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb Dünən, 20:48 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR