
Evində yıxılaraq omba və onurğa sümüyü sınan müğənni Deniz Sekinin müalicəsi davam edir.
AVESTA.AZ xəbər verir ki, sənətçinin xəstəxanadan fotosu yayılıb. O sosial mediada fotosunu paylaşaraq yaxşı olduğunu qeyd edib:
"Vəziyyətim çox yaxşıdır. Müalicəm xəstəxanada davam edir və fizioterapiyaya da başlamışam. Zehni olaraq mümkün qədər pozitiv qalmağa və gözəl fikirlər düşünməyə çalışıram".
O pərəstişkarlarından dua istəyərək tez zamanda ayağa qalxmağı arzu etdiyini deyib:
"Sizdən yalnız bir xahişim var: xahiş edirəm dualarınızı məndən əsirgəməyin. Ən qısa müddətdə tam sağalıb ayağa qalxmaq və sizinlə yenidən görüşmək üçün xoş arzularınızı və dualarınızı gözləyirəm".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.