
Gecə saatlarında Moskva bölgəsinə təxminən 250 dron uçub.
AVESTA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin bildirib.
O qeyd edib ki, ötən gecə Moskva vilayəti istiqamətində 250-yə qədər Ukrayna dronu müşahidə edilib və onların əksəriyyəti uzaq məsafələrdə vurulub:
"Bu gün Moskva vaxtı ilə saat 20:30-dan 7:30-dək Moskva bölgəsinə doğru 250 pilotsuz uçuş aparatı uçub. Onların əksəriyyəti uzaq məsafələrdə məhv edilib".
Mer onu da əlavə edib ki, Moskvada 28 dron vurulub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.