
Türkiyəli sosial media fenomeni 22 yaşlı Ceyda Yakova ağır yol qəzasında ölüb.
BAKU.WS xəbər verir ki, o motosiklet idarə edərkən qəzaya düşüb. Hadisə Şile şossesində yaşanıb.
O idarəetməsini itirərək yıxılıb və yol nişanına çırpılıb.
Qəzada ağır yaralanan fenomen dərhal xəstəxanaya çatdırılıb.
Sancaktepe Şəhid Prof. Dr. İlhan Varank Təlim və Araşdırma Xəstəxanasına yerləşdirilən Yakovanı müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, Ceyda bu hadisədən bir neçə ay əvvəl də qəzaya düşmüşdü. O tələbə idi. Özəl universitetlərdən birində "Psixologiya ixtisası" üzrə Ali təhsil alırdı.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.