
Bərdə rayonunda 27 yaşlı qız səhvən sirkə turşusu içib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə avqustun 20-si saat 19 radələrində Mirzəxan kəndində baş verib.
1999-cu il təvəllüdlü Türkan Əsədova yaşadığı evdə ehtiyatsızlıqdan sirkə turşusu içib.
O, zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Araşdırmalar aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.