
Bu gün Bakının Sabunçu rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq.
Bu barədə AVESTA.AZ-ə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək rayonun Şuşa şəhərciyinin, Sosial binaların, S.Xudiyev və Ş. Rustavelli küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.