
Hörmüz boğazında tankerə hücum edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.
Qeyd edilib ki, Hörmüz boğazında tankerlərdən birinin naməlum mərmilə hədəf alınıb.
Gəmidə baş verən yanğın yerli qurumların müdaxiləsi ilə qısa müddətdə nəzarət altına alınıb.
Bütün heyət üzvlərinin sağ-salamat olduğu, itkin düşən və ya yaralananın bulunmadığı diqqətə çatdırılıb.
Hadisənin dənizdə hər hansı ekoloji çirklənməyə və ya ətraf mühitə mənfi təsirə yol açmadığı vurğulanıb.
Aidiyyəti qurumlar faktla bağlı genişmiqyaslı araşdırmalara başlayıb.
Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) bölgədə hərəkət edən bütün gəmiləri maksimum diqqətli olmağa və hər hansı şübhəli məqamla qarşılaşdıqda dərhal məlumat verməyə çağırıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.