
İtaliyanın "Milan" klubunun hücumçusu Rafael Leau karyerasını Türkiyənin "Qalatasaray" komandasında davam etdirəcək.
AVESTA.AZ xəbər verir ki, Milan təmsilçisi 27 yaşlı portuqaliyalı vingerin İstanbul klubuna keçidini rəsmən açıqlayıb.
Qeyd edək ki, portuqaliyalı futbolçu "Milan"ın heyətində 2021/2022 mövsümündə İtaliya A Seriyasının, 2024-cü ildə isə İtaliya Superkubokunun qalibi olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.