
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 31-dən sentyabrın 1-dək Qırğızıstanın paytaxtı Bişkekdə səfərdə olacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran məlumat yayıb.
Ərdoğan Qırğızıstan Prezidenti Sadır Japarovun dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçiriləcək zirvə toplantısında iştirak edəcək.
Səfər çərçivəsində Türkiyə liderinin sammitdə çıxış etməsi və müxtəlif dövlətlərin rəhbərləri ilə ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.
Ərdoğanın səfər zamanı Rusiya Prezidenti Vladimir Putinlə də görüşəcəyi gözlənilir. Görüşdə Ukrayna və Qara dənizdəki vəziyyətin, eləcə də ikitərəfli münasibətlərin müzakirə olunacağı bildirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.