31-08-2026, 11:48 91

Sərxoş halda evə gələn qardaşını döydü:

Qəsdən sağlamlığa yüngül zərər vurmaqda təqsirləndirilən Fahir İmanovun (adı, soyadı şərtidir - red.) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

AVESTA.AZ Pravda.az-a istinadən xəbər verir ki, Nizami Rayon Məhkəməsində hakim Emin Axundovun sədrliyi ilə keçirilən son iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 1 100 manat məbləğində cərimə cəzasına məhkum edilib.

İttihama görə, hadisə bu il saat 21:30-da təqsirləndirilən şəxslə qardaşı, zərərçəkmiş Famil İmanovun (adı, soyadı şərtidir - red.) birlikdə yaşadıqları paytaxtın Nizami rayonu ərazisində yerləşən evdə baş verib.

Belə ki, həmin vaxt zərərçəkmiş şəxs sərxoş vəziyyətdə evə gəlib. Fahir qardaşının sərxoş vəziyyətdə evə gəlməsinə irad bildirib. Bundan sonra onların arasında mübahisə yaranıb. Famil təqsirləndirilən şəxsin ünvanına nalayiq ifadələr işlədib. Bundan əsəbiləşən Fahir qisas almaq məqsədilə fiziki güc tətbiq edərək qardaşını yerə yıxıb. Ardınca onun baş və sifət nahiyələrinə əli ilə bir neçə dəfə zərbə vurub.

Məhkəmə-tibbi ekspertizasının nəticəsinə görə, həmin xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilib.

Bu səbəbdən təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilib.

Məhkəmə istintaqı zamanı ifadə verən Fahir İmanov ona elan edilmiş ittihamla razılaşmayaraq özünü təqsirli bilməyib. O deyib ki, qardaşına qarşı fiziki güc tətbiq etməsinin səbəbi özünü və anasını müdafiə etmək olub.

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü Famil sərxoş vəziyyətdə evə gəlib. Bu səbəbdən anası ona irad bildirib. Anasının iradından əsəbiləşən zərərçəkmiş şəxs qadının üzərinə hücum çəkib. Familin anasına qarşı bu cür davranışı ilk dəfə olmayıb. Onun sözlərinə görə, əvvəllər də analoji hallar baş verib və bu səbəbdən anası hətta başqa ölkəyə getməyə məcbur olub.

Fahir qeyd edib ki, hadisə zamanı anasını müdafiə etmək üçün qardaşına əl ilə zərbə endirib, onu yerə yıxaraq sinəsinin üzərində oturub və bundan sonra polisə məlumat verilib.

Təqsirləndirilən baş verən hadisədən peşman olduğunu və belə bir vəziyyətin yenidən yaşanmasını istəmədiyini deyib. Fahir məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edib.

Paylaş

Xəbər lenti

Sakinlərin kabusuna çevrilən küçə itləri dəhşət saçır: 100-dən çox insan xəstəxanalıq olub Bu gün, 00:48 ABŞ-nin son hücumları nəticəsində İranda ölənlərin sayı açıqlanıb Bu gün, 00:48 Ramil Nabran: "İllərin böyük sənətkarları bu gün bayağı ifaçıların kölgəsində qalıblar" Bu gün, 00:48 Ebola tarixdə görünməmiş sürətlə yayılır: ÜST-dən HƏYƏCAN TƏBİLİ Dünən, 23:48 Azərbaycan-Litva oyunu Bakıda keçiriləcək Dünən, 23:48 Goranboyda baş verən yol qəzasında 2 qardaş xəsarət alıb Dünən, 23:48 Tramp ABŞ ordusunun yenidən İrana zərbələr endirməyə hazır olduğunu bildirib Dünən, 23:48 Venesuela "Chevron" və "Eni" şirkətləri ilə neft sazişləri imzalayıb Dünən, 23:48 Trampdan Hörmüz boğazı ilə bağlı GÖZLƏNİLMƏZ TƏKLİF Dünən, 22:48 Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib Dünən, 22:48 Soyuqdəymənin ilk əlamətləri zamanı BUNLARI EDİN Dünən, 22:48 ABŞ-nin dünən İrana zərbələri nəticəsində ölənlərin sayı açıqlandı Dünən, 22:48 Həkimlər üçün yeni dövr: Əməkhaqqı artımı Azərbaycan səhiyyəsində nələri dəyişəcək? Dünən, 21:48 Azərbaycanda balıq ovu başladı: Bazarda QİYMƏTLƏR NECƏDİR? - VİDEOREPORTAJ Dünən, 21:48 Regionlarda çalışan tibb işçilərinə yeni STİMUL: "Bu, yalnız maddi dəstək deyil" Dünən, 21:48 Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir? Dünən, 21:48 Sabunçuda 66 yaşlı piyadanın ölümündə təqsirləndirilən avtobus sürücüsünə ittiham aktı elan olunub Dünən, 21:48 "Şamaxinka"dan Biləcəriyə gedən yol bağlanacaq Dünən, 21:48 Baş həkim maaş artımından danışdı: "Gənc mütəxəssislərin regionlara axını stimullaşacaq" Dünən, 20:48 Kilian Mbappeni oğurlamaq istəyən cinayətkar qrup ifşa edildi Dünən, 20:48 Bakıda ucuz mənzili bu rayonlardan almaq olar Dünən, 20:48 "Mehriban xanım Əliyevanın təşəbbüsü səhiyyə sahəsində insan kapitalının inkişafına mühüm töhfədir" Dünən, 20:48 Sosial şəbəkədə "arıqlama çayı" satışı ilə bağlı saxtakarlıq: Dövlət qurumu hərəkətə keçdi Dünən, 19:48 "Uber"dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır Dünən, 19:48 Pul yığmağın ən asan yolu bu imiş Dünən, 19:48 ŞƏT-də Qarabağ mesajı: "Azərbaycan beynəlxalq hüququ döyüş meydanında bərpa etdi" Dünən, 19:48 Ermənistan Hindistandan "Pralay" raketləri alır? - Region üçün yeni TƏHLÜKƏ Dünən, 19:48 Almaniya Litvaya hərbi qüvvələr göndərir Dünən, 18:48 Əməkhaqlarının artırılması tibb işçilərinin əməyinə verilən yüksək diqqət və qayğının göstəricisidir - RƏY Dünən, 18:48 Deputat: "Mehriban Əliyevanın təşəbbüsü güclü səhiyyə sisteminin formalaşmasına mühüm töhfədir" Dünən, 18:48 Bakının bu məktəbi tamamilə dəyişir - 624 şagird üçün YENİ BİNA Dünən, 18:48 Turan Zeynallı: Əməkhaqlarının artırılması ilə səhiyyə işçiləri gələcəyə daha böyük inamla baxacaqlar Dünən, 18:48 Həkim-pediatr: "İşimizin qiymətləndirildiyini hiss etmək bizə əlavə güc və motivasiya verir" Dünən, 18:48 Rusiya Kiyev və Odessa yaxınlığına yeni zərbələr endirib Dünən, 17:48 Bakı və Abşeronda iqlim dəyişir - Bizi nə gözləyir? Dünən, 17:48 Aİ-də Rusiyanın 200 milyard avroluq aktivləri ilə bağlı yeni plan hazırlanıb Dünən, 17:48 "Nizami" metrostansiyası qarşısında avtobus dayanacağı ərazisi uzadılıb Dünən, 17:48 Qısaldılmış iş vaxtının kimlərə şamil olunduğu açıqlanıb Dünən, 17:48 "Neftçi" Kenan Piriçlə müqaviləyə xitam verib Dünən, 17:48 Niderland səfirliyi ölkə vətəndaşının Şəkidə xilas edilməsinə görə Azərbaycana təşəkkür edib Dünən, 17:48 Bakının bu küçələri TƏMİRƏ BAĞLANIR Dünən, 17:48 Odlu silahdan yaralanan çoban öldü Dünən, 17:48 Xətai rayonunda mənzil bir neçə şəxsə satılıb: Paraatlet şikayətçidir - VİDEO Dünən, 17:48 Lavrov NATO-ya Arktikadakı fəallığı ilə bağlı xəbərdarlıq edib Dünən, 16:48 Messi yığma karyerasını başa vurdu – DÇ-2026-dan sonra daha hansı ulduzlar getdi? Dünən, 16:48 NATO və Azərbaycan minatəmizləmə üzrə yeni layihələr həyata keçirə bilər Dünən, 16:48 Rusiya Kiyev və Odessa yaxınlığında yeni zərbələr endirib Dünən, 16:48 Bakıda mənzillərin qiyməti nə üçün durmadan BAHALAŞIR? - SƏBƏB Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR