
Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik ölkədə yeni səfərbərliyə hazırlıq aparılmadığını bildirib.
BAKU.WS lünta.ru-ya istinadən xəbər verir ki, o, səfərbərliklə bağlı yayılan məlumatların şayiə olduğunu deyərək, vətəndaşları bu cür xəbərlərə inanmamağa çağırıb.
Kolesnikin sözlərinə görə, belə məlumatların yayılması cəmiyyətdə panika yaratmaq məqsədi daşıyır. Deputat bildirib ki, şayiələrə görə ölkəni tərk etmək istəyən insanları qınamaq əvəzinə, onlara vəziyyətin izah edilməsi və məlumatlandırma işinin gücləndirilməsi lazımdır.
O həmçinin qeyd edib ki, Rusiya Silahlı Qüvvələrinin komplektləşdirilməsi ilə bağlı hazırkı tapşırıqlar hərbi komissarlıqlar tərəfindən yerinə yetirilir və bu səbəbdən səfərbərliyə ehtiyac yoxdur.
Kolesnikdən əvvəl Dövlət Dumasının digər deputatı Viktor Sobolev də səfərbərlik elan edilməyəcəyini bildirmişdi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.