
Sumqayıtda beş minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, qəza Sülh prospektində qeydə alınıb.
Belə ki, "Changan", BMW, "Hyundai", "Chevrolet" və "Niva" markalı avtomobillər toqquşub. Nəticədə nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.