Bu gün, 15:48 98

ARDNF aparıcı suveren investorlarla birlikdə Çin-ASEAN Birgə İnvestisiya Şurası təsis edib

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Çin İnvestisiya Korporasiyası ("CIC"), Tayland Hökumətinin Pensiya Fondu, Malayziyanın suveren sərvət fondu olan "Khazanah Nasional Berhad", Malayziyanın pensiya fondu olan "Kumpulan Wang Persaraan (Diperbadankan)" və İndoneziya İnvestisiya Qurumu ("INA") ilə birlikdə Çin-ASEAN Birgə İnvestisiya Şurası ("CAJIC" və ya "Şura") təsis edib.

AVESTA.AZ ARDNF-ə istinadən xəbər verir ki, Şuranın yaradılması Çinin Syamen şəhərində keçirilən 26-cı Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi ("CIFIT") çərçivəsində elan olunub.

"CIC"-nin təşəbbüsü ilə yaradılan və Katibliyinin fəaliyyətini "CGS International Securities Pte. Ltd." şirkətinin həyata keçirdiyi "CAJIC" suveren sərvət fondlarını və digər aparıcı institusional investorları Çin və Cənub-Şərqi Asiyada uzunmüddətli əlaqələrin gücləndirilməsi, investisiya yanaşmalarının mübadiləsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlıq imkanlarının araşdırılması məqsədilə bir araya gətirir. Şuranın fəaliyyəti üç əsas istiqaməti əhatə edəcəkdir: Tərəfdaşlıq və əlaqələrin inkişafı – investisiya forumları, dəyirmi masalar və rəhbər səviyyəli proqramlar vasitəsilə institusional əlaqələrin gücləndirilməsi; Bilik və təcrübə mübadiləsi – tədqiqatların aparılması, bilik və təcrübənin paylaşılması; Kapital və investisiya əməkdaşlığı – qarşılıqlı maraq doğuran sahələr üzrə ayrıca idarəetmə mexanizmləri əsasında investisiya təşəbbüslərinin həyata keçirilməsi.

ARDNF üçün "CAJIC"-in təsis edilməsi Fondun regionda formalaşdırdığı investisiya əlaqələrinin inkişafında növbəti mərhələdir. Çin bazarında 10 ildən artıq müddətdə formalaşmış investisiya təcrübəsinə əsaslanan ARDNF son illər aparıcı Çin institutları ilə əməkdaşlığı ardıcıl şəkildə genişləndirib. 2025-ci ilin aprelində ARDNF ilə "CIC" arasında imzalanmış Anlaşma Memorandumu daha dərin investisiya əməkdaşlığı, bilik və təcrübə mübadiləsi, eləcə də qarşılıqlı faydalı təşəbbüslərin inkişafı üçün strateji çərçivə yaradıb.

Bu əməkdaşlıq 2026-cı ilin aprelində ARDNF, "CIC" və "INA" tərəfindən "Galaxy Orientis" Çin-ASEAN İnvestisiya Proqramının ("CAIP") yaradılması ilə yeni mərhələyə keçib. Suveren investorların rəhbərlik etdiyi özəl kapital platforması ilkin mərhələdə təxminən 520 milyon ABŞ dolları vəsait cəlb edib, proqramın hədəf ölçüsü isə 1 milyard ABŞ dollarıdır. "CAIP" Çin və Cənub-Şərqi Asiya arasında dərinləşən iqtisadi və sənaye əlaqələrinin yaratdığı uzunmüddətli investisiya imkanlarına fokuslanır və sənaye, səhiyyə, istehlak, biznes xidmətləri və texnologiya daxil olmaqla bir sıra sahələri əhatə edir.

"CAIP" və "CAJIC" ayrı, lakin bir-birini tamamlayan təşəbbüslərdir. "CAJIC" institusional əlaqələrin inkişafı, bilik və təcrübə mübadiləsi, eləcə də potensial əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi üçün daha geniş platforma rolunu oynayır. "CAIP" isə iştirakçı suveren institutlara birgə idarəetmə mexanizmi çərçivəsində konkret investisiya imkanlarına kapital yönəltməyə şərait yaradır. "CAJIC" eyni zamanda ARDNF-nin daha geniş suveren və uzunmüddətli investorlar şəbəkəsi ilə əlaqələrinin genişlənməsinə, regional bazarlar və investisiya mühiti üzrə biliklərin dərinləşdirilməsinə, yeni institusional tərəfdaşlıqların formalaşdırılması imkanlarının araşdırılmasına töhfə verir. "CAIP" "CAJIC"-dən ayrıca idarəetmə mexanizmi əsasında fəaliyyət göstərir.

Bu cür təşəbbüslər Azərbaycan üçün daha geniş strateji əhəmiyyət də daşıyır. Orta Dəhlizin Asiya və Avropa arasında əlaqələrin gücləndirilməsində rolunun artması Azərbaycanın iki region arasında strateji mövqeyini daha da önəmli edir. Bununla yanaşı, ARDNF-nin Asiyanın aparıcı suveren və uzunmüddətli investorları ilə əməkdaşlığının genişlənməsi regionla maliyyə və institusional əlaqələrin dərinləşməsinə töhfə verir. "CAIP" və "CAJIC" bu əlaqələrin möhkəmləndirilməsi və uzunmüddətli investisiya əməkdaşlığının inkişafı üçün əlavə imkanlar yaradır.

"CAJIC"-in təsisçi üzvü kimi ARDNF qlobal institusional investor kimi öz təcrübəsi ilə Şuranın fəaliyyətinə töhfə verməklə yanaşı, regionun aparıcı suveren investisiya institutları ilə əlaqələrin genişləndirilməsini davam etdirəcək. Uzunmüddətli investor üçün etibarlı tərəfdaşlar, yerli bazarlar üzrə bilik və güclü institutlarla birgə investisiya imkanları kapitala çıxış qədər əhəmiyyətli ola bilər. Bu baxımdan, Şurada iştirak Fondun portfelinin uzunmüddətli şaxələndirilməsi və strateji tərəfdaşlıqların qurulması yanaşmasını tamamlayır, yüksək keyfiyyətli investisiya imkanlarına çıxışın genişləndirilməsinə xidmət edir.

Paylaş

Xəbər lenti

SOCAR-ın prezidenti CC7-nin İdarə Heyətinin sədri ilə görüşüb Bu gün, 16:48 Yollarda ağır qəzalar artır: DYP-dən sürücülərə XƏBƏRARLIQ Bu gün, 16:48 Xidmət rəisi: Ermənilərin Xudavəng monastırındakı qanunsuz bərpa işləri tarixi saxtalaşdırmağa yönəlib Bu gün, 16:48 İçərişəhərə avtomobillərin girişinin tam məhdudlaşdırılmamasının səbəbi açıqlanıb Bu gün, 16:48 Xətaidə kanalizasiya problemi: Üstü açıq quyu sakinlər üçün təhlükə yaradır Bu gün, 16:48 Binəqədidə evdən 8 min manatlıq əşya oğurlandı Bu gün, 16:48 Azərbaycan SECURE təşəbbüsünün daha geniş beynəlxalq miqyasda dəstəklənməsinə çağırış edib Bu gün, 16:48 Bakı-Xırdalan-Sumqayıt qatarı sentyabrın 15-nə qədər fəaliyyətini bərpa etməyəcək - SƏBƏB Bu gün, 16:48 Güllü cinayəti ilə bağlı etiraf: "Qızı öldürdüyü anasının cənazəsində "Oskar"lıq rol oyanyırdı" Bu gün, 16:48 Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni səlahiyyət verilib Bu gün, 16:48 Nazir özünə yeni müşavir təyin etdi Bu gün, 16:48 Ləman Ələşrəfqızı bu kanalda aparıcı olacaq Bu gün, 15:48 Azərbaycanlı qadına ABŞ-də yüksək vəzifə verildi Bu gün, 15:48 Naxçıvanda dabaq xəstəliyindən azad zona yaradılacaq Bu gün, 15:48 Ölmüş heyvanların utilizasiyası üzrə müəssisələrin yaradılması nəzərdə tutulub Bu gün, 15:48 AFFA hakimi təhqir edən futbolçuya ağır cəza verdi Bu gün, 15:48 ARDNF aparıcı suveren investorlarla birlikdə Çin-ASEAN Birgə İnvestisiya Şurası təsis edib Bu gün, 15:48 Çay və kofe bu halda içiləndə özefaqus xərçəngi yaradır Bu gün, 15:48 Qadının sol ayağının yerinə sağ ayağı əməliyyat edilib? - "Həkim dedi ki, qayıtmayacağam" Bu gün, 15:48 Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb Bu gün, 15:48 Son səkkiz ayda hansı məhsullar bahalaşıb? - RƏSMİ RƏQƏMLƏR Bu gün, 15:48 Rekord yürüş edə bilən avtomobil markalarının adları açıqlandı Bu gün, 14:48 Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb, iki Azərbaycan vətəndaşı ölüb Bu gün, 14:48 Şükürbəyliyə köçürülən ailələrə evlərin açarları təqdim olunub Bu gün, 14:48 Konqoda "Ebola"dan ölənlərin sayı 3200-ü ötdü Bu gün, 14:48 Azərbaycan və Çin "yaşıl enerji" layihələri və şəbəkə tədqiqatını müzakirə edib Bu gün, 14:48 Noutbuk oğurlayan məşhur aktyor saxlanıldı, daha sonra sərbəst buraxıldı Bu gün, 14:48 Azərbaycanın xarici ticarət dövriyyəsi 30 milyard dolları ötdü Bu gün, 14:48 Prezident BMT ilə birgə layihənin icrası üçün Töhfə Sazişini təsdiq edib Bu gün, 14:48 İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib Bu gün, 14:48 Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni Dövlət Proqramı təsdiqlənib Bu gün, 14:48 Azərbaycan və Dünya Bankı arasında tərəfdaşlıq müzakirə olunub Bu gün, 14:48 Azərbaycanda bitki və heyvan sağlamlığı haqqında yeni qanun layihələri hazırlanacaq Bu gün, 14:48 İlham Əliyev: Yəhudi icması vətəndaş həmrəyliyinin möhkəmlənməsinə özünəməxsus töhfə verir Bu gün, 14:48 Yüksək biotəhlükəsizlik tələblərinə cavab verən laboratoriya kompleksi və vivarium yaradılacaq Bu gün, 14:48 Rol aldıqları "Bunker" 16 dəqiqə 30 saniyə alqışlandı Bu gün, 13:48 İrandan Azərbaycana 84 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb Bu gün, 13:48 Bu insanlar arxası üstdə yatmamalıdırlar Bu gün, 13:48 Azərbaycanda muzdla çalışanların sayı 1,78 milyona çatıb Bu gün, 13:48 Afaq Gəncəli 49 yaşını xanımlarla qeyd etdi Bu gün, 13:48 Arvadını döyən stomatoloq: "Evdən 100 min manat götürdüyümü dedi, üzümə tüpürdü" Bu gün, 13:48 Xocalıda mina hadisəsində yaralanan ANAMA əməkdaşının ayağı amputasiya edilib Bu gün, 12:48 "Arka Sokaklar"ın aktrisasından Kıvançla bağlı ŞOK ETİRAF Bu gün, 12:48 Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazanıb Bu gün, 12:48 Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib Bu gün, 12:48 Qroznı-Bakı birbaşa uçuşlarının bərpası qış cədvəlinə daxil edilməyib Bu gün, 12:48 Cəbrayılda minaya düşərək həlak olan Raqif İsayev şəhid statusu aldı Bu gün, 12:48 Qadını ütü ilə vuran şəxs: "Gizlin şəkildə telefon işlədirdi" Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR