Bu gün, 12:48 78

Qadını ütü ilə vuran şəxs:

Qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Ağasif Məmmədovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

AVESTA.AZ Pravda.az-a istinadla xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində hakim Emin Fәtәliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə məhkəməyədək sadələşdirilmiş icraat material üzrə cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad olunub.

İttihama əsasən, hadisə bu il saat 12 radələrində paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən mənzillərdən birində baş verib.

Belə ki, Ağasif Məmmədov həyat yoldaşı, zərərçəkmiş Günayə Məmmədova (adı, soyadı şərtidir) ilə ailə-məişət münasibətləri zəminində mübahisə edib. Mübahisə zamanı təqsirləndirilən şəxs arvadının bədəninin müxtəlif nahiyələrinə əlləri ilə zərbələr endirib. Daha sonra isə masanın üzərindən ütünü götürərək Günayənin baş nahiyəsinə qəsdən bir dəfə vurub.

Nəticədə zərərçəkmiş şəxsin başının təpə nahiyəsində əzilmiş-cırılmış yara, başın alın və sağ said nahiyələrində qançırlar, eləcə də sol əl nahiyəsində sıyrıq xəsarətləri yaranıb.

Məhkəmədə Ağasif Məmmədov özünü təqsirli bilib və ifadəsində həyat yoldaşı ilə münasibətlərindən danışıb.

Evliliyin ilk illərində münasibətlərinin normal olduğunu deyən təqsirləndirilən şəxs sonradan aralarında problemlərin yarandığını qeyd edib.

O, münasibətlərinin pozulmasının əsas səbəblərindən birinin Günayə Məmmədovanın son vaxtlar ondan gizli şəkildə mobil telefonla danışması olduğunu söyləyib.

Ağasif Məmmədovun dediyinə görə, həmin vaxt qadının mənzilin qonaq otağında telefonla kiminləsə danışdığını görüb: "Günayənin kiminlə danışdığını soruşsam da, cavab ala bilmədim. Həmin vaxt içkili vəziyyətdə idim və buna görə əsəbiləşdim. Telefonla kiminlə danışdığını öyrənmək üçün mobil telefonu istəsəm də, o, vermədi. Bundan sonra aramızda mübahisə yarandı".

Ağasif Məmmədov məhkəmədə etiraf edib ki, mübahisə zamanı həyat yoldaşının sifət və qol nahiyələrinə əlləri ilə zərbələr endirib. Daha sonra masanın üzərində olan ütünü götürərək Günayənin başına bir dəfə vurduğunu deyib: "Bundan sonra evdən çıxaraq getdim".

O, məhkəmədə bildirib ki, hazırda Günayə ilə boşanıblar və artıq birlikdə yaşamırlar.

Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını deyib.

Paylaş

Xəbər lenti

Xocalıda mina hadisəsində yaralanan ANAMA əməkdaşının ayağı amputasiya edilib Bu gün, 12:48 "Arka Sokaklar"ın aktrisasından Kıvançla bağlı ŞOK ETİRAF Bu gün, 12:48 Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazanıb Bu gün, 12:48 Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib Bu gün, 12:48 Qroznı-Bakı birbaşa uçuşlarının bərpası qış cədvəlinə daxil edilməyib Bu gün, 12:48 Cəbrayılda minaya düşərək həlak olan Raqif İsayev şəhid statusu aldı Bu gün, 12:48 Qadını ütü ilə vuran şəxs: "Gizlin şəkildə telefon işlədirdi" Bu gün, 12:48 Təbii inhisar subyektləri ilə bağlı müraciətlərin statistikası Bu gün, 12:48 Odessa yaxınlığında gəmiyə dron hücumu: İki Azərbaycan vətəndaşı həlak oldu Bu gün, 12:48 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibini təbrik edib Bu gün, 12:48 İlham Əliyev: Azərbaycan torpaqlarının işğalı dövründə İƏT qətiyyətli mövqe nümayiş etdirib Bu gün, 12:48 2026-cı ilin avqustu dünyanın ən isti ayı oldu Bu gün, 12:48 XİN başçısı: Təhsil Azərbaycanın beynəlxalq yardımının mühüm istiqamətinə çevrilib Bu gün, 11:48 "Kəlbəcər" tankeri 5 ildə 446 min tondan çox neft daşıyıb Bu gün, 11:48 69 yaşlı Mehmet Ali Erbil infarkt keçirdi Bu gün, 11:48 Emin Əmrullayev beynəlxalq əməkdaşlıqda təhsilin rolundan danışıb Bu gün, 11:48 Qusarda toydan çıxan qonaqlar arasında dava: Xəsarət alan var Bu gün, 11:48 Prezident büdcədənkənar vəsaitlərdən istifadə ilə bağlı fərman imzalayıb Bu gün, 11:48 UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turu bu gün başa çatır Bu gün, 11:48 Azərbaycanda məqsədli büdcə fondları ləğv oluna bilər Bu gün, 11:48 Azərbaycandan tranzit keçməklə Ermənistana arpa və buğda göndərildi Bu gün, 11:48 Azərbaycanın sabiq baş konsulu külli miqdarda qızıl qaçaqmalçılığında ittiham olunur Bu gün, 11:48 Şahin Nağıyev: Haqsız rəqabətlə bağlı 37 araşdırma aparılıb Bu gün, 11:48 "Nizami City" – şəhərin mərkəzində yeni yaşayış standartı və sərfəli investisiya! Bu gün, 11:48 Şəkidə "Zipline" faciəsində 2 nəfərin ölümünə səbəb olan şəxslər araşdırılır Bu gün, 10:48 Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib Bu gün, 10:48 Qaxda BMW ağaca çırpıldı Bu gün, 10:48 AQTA-dan heyvanlarla bağlı XƏBƏRDARLIQ Bu gün, 10:48 Kolleclərdə boş qalan yerlərə ixtisas seçiminin SON GÜNÜDÜR Bu gün, 10:48 44 milyonluq qızılı ilə gündəm olan Çağla Öz də saxlanıldı Bu gün, 10:48 ABŞ-İran müharibəsi 2029-cu ilə qədər davam edə bilər Bu gün, 10:48 Dmitri Medvedev: Rusiyada səfərbərliyə ehtiyac yoxdur Bu gün, 10:48 Ceyhun Bayramov: Azərbaycan 2020-ci ildən etibarən beynəlxalq yardıma təxminən 400 milyon dollar yönəldib Bu gün, 10:48 Naxçıvanda bəzi ərazilərdə qaz təchizatı dayandırıldı Bu gün, 10:48 Bakı, Ağdaş, Tərtər və Yevlaxın bir hissəsində İŞIQ OLMAYACAQ Bu gün, 09:49 İrandan ABŞ-nin İordaniyadakı bazasına zərbə: hərbi təyyarələrə ziyan dəyib Bu gün, 09:48 Tramp: Venesuela nefti ABŞ üçün 500 il kifayət edə bilər Bu gün, 09:48 "Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək Bu gün, 09:48 Vətəndaşlar ən çox nədən şikayət edir? - AQTA açıqladı Bu gün, 09:48 Fatma Mahmudova qızının nişanını qaytardığını açıqladı Bu gün, 09:48 Azərbaycan universitetlərində 120-yə yaxın ölkədən tələbə təhsil alıb Bu gün, 09:48 Xocalıda mina partladı: 1 nəfər xəsarət aldı Bu gün, 09:48 UEFA Çempionlar Liqası: "Qalatasaray" "Sportinq"ə məğlub olub Bu gün, 08:48 Valdas Dambrauskas: "Mançester Yunayted"lə qarşılaşma Azərbaycan futbolu üçün tarixi hadisədir" Bu gün, 08:48 Xarici ölkələrdə işləmək istəyənlərin NƏZƏRİNƏ Bu gün, 08:48 Pirəkəşküldə qorxulu anlar: Zəhərli ilanlar evlərə doluşub Bu gün, 08:48 Kanalizasiya problemi sürüşməyə səbəb oldu? - Səbaildə nə baş verir? Bu gün, 08:48 Bakıda toy zamanı transformator yandı, məclis yarımçıq qaldı - GÖRÜNTÜLƏR Bu gün, 08:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR