
İranın İordaniyada yerləşən ABŞ hərbi bazasına endirdiyi raket zərbəsinin nəticələri ilə bağlı yeni detallar açıqlanıb.
AVESTA.AZ CBS-ə istinadən xəbər verir ki, sentyabrın 9-na keçən gecə "Muvaffaq-Salti" aviabazasına həyata keçirilən hücum zamanı bir neçə ABŞ hərbi təyyarəsi zədələnib.
Bildirilir ki, zərbələr nəticəsində A-10 "Thunderbolt" hücum təyyarələrindən biri ciddi zədələnib və onun qanadlarından biri qopub. Bundan əlavə, təxminən səkkiz F-15 qırıcısına da yüngül ziyan dəyib. Həmin təyyarələrin sonradan yenidən istifadəyə qaytarıldığı qeyd olunur.
Məlumata əsasən, ABŞ qüvvələri hücumun qarşısını almaq üçün "Patriot" hava hücumundan müdafiə sistemlərindən 30-dan çox raket atıb.
İordaniya tərəfinin məlumatına görə hücum zamanı İrana məxsus 20 ballistik raketdən 18-i havada zərərsizləşdirilib, ikisi isə yaşayış olmayan ərazilərə düşüb. ABŞ rəsmiləri bazadakı son hücumla bağlı itkilərin olmadığını bildiriblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.