
Təmtəraqlı toyu ilə gündəmə gələn və sosial şəbəkələrdə "Vanlı Kara Haydar" kimi tanınan iş adamı Mehmet Fatih Tançaladan sonra həyat yoldaşı Çağla Öz də hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
BAKU.WS xəbər verir ki, hadisə Tançalanın internetdəki paylaşımlarında "Türk millətini, Türkiyə Respublikası dövlətini və dövlətin qurumlarını təhqir etmə" ittihamı ilə başladılıb və o həbs edilib.
İstintaqın dərinləşməsindən sonra çirkli pulların yuyulması maddəsi üzrə araşdırmalar başlayıb.
Bu mərhələdə Mehmet Fatih Tançalanın həyat yoldaşı sosial media fenomeni Çağla Öz də saxlanılıb.
İstintaqın diqqət mərkəzində cütlüyün 6 sentyabr 2026-cı il tarixində etdiyi dəbdəbəli toy mərasimi dayanır.
Ümumi dəyəri 44 milyon lirə olaraq qiymətləndirilən qızıl-ziynət əşyaları, xarici valyuta və nağd pulların mənşəyi hazırda hüquq-mühafizə orqanları tərəfindən addım-addım araşdırılır.
Müstəntiqlər cütlüyün rəsmi gəlirləri ilə nümayiş etdirdikləri yüksək həyat standartı arasındakı uyğunsuzluğu əsas götürərək, toydakı sərvətin mənbəyini ortaya çıxarmağa çalışırlar.
Hazırda istintaq davam etdirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.