
Komediyaçı Cem Yılmazdan sonra bu dəfə məşhur şoumen Mehmet Ali Erbil infarkt keçirib.
AVESTA.AZ xəbər verir ki, 69 yaşlı məşhurun evdə olarkən qəfil pisləşib.
Yaxınlarının köməyi ilə xəstəxanaya çatdırılan Erbilin infarkt keçirdiyi müəyyən edilib.
Təcili əməliyyata alınan şoumenin ürəyinə cərrahi müdaxilə ilə stent yerləşdirilib.
Xəstəxanada aparılan əməliyyat və sonrakı tibbi nəzarətdən sonra Mehmet Ali Erbilin səhhəti normallaşıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.