Bu gün, 16:48 90

"Norm" ASC 2025-ci il üzrə audit olunmuş maliyyə nəticələrini açıqlayıb. Sözügedən ildə ölkədə sement bazarının 3,5% kiçilməsinə baxmayaraq, şirkətin satışdan gəliri əvvəlki illə nisbətdə 6,8% artaraq rekord həddə - 272,9 milyon manata, ümumi mənfəət 2,1% artaraq 132,2 milyon manata çatıb.

Şirkətin əməliyyat mənfəəti 80,1 milyon manat, vergiyə qədər mənfəəti 66,4 milyon manat, mənfəət vergisi 16,6 milyon manat təşkil edib. Gəlir artımına şirkətin yeni biznes istiqamətləri də təsir edib.

Belə ki, beton məhsullarının satışına görə əldə edilən gəlir 1,1 milyon manatdan 7,2 milyon manata yüksəlib, Storm brendi altında sement əsaslı quru qarışıqlar isə şirkətə ilk ildə 1,3 milyon manat gəlir gətirib. Hesabat ilində şirkət tərəfindən klinker məhsulunun Gürcüstana ixracı davam etdirilib, Türkmənistan və Özbəkistana isə quyu-tamponaj sementinin satışı həyata keçirilib.

Beləliklə, 2025-ci ildə də Norm Azərbaycanın sement sənayesində aparıcı mövqeyini qoruyub saxlayıb. Şirkətin CEO-su Henning Sasse qeyd edib:

"Norm Sement zavodunun klinker istehsalı gücünü artıraraq, gündəlik 6500 tona çatdırmışıq. Bundan başqa, 2023-cü illə müqayisədə məhsulların keyfiyyət göstəriciləri qorunub saxlanılmaqla, klinker əmsalını 5% optimallaşdırmışıq ki, bu da bizə 76,000 ton klinkerə qənaət etməyə imkan yaradıb. Bu optimallaşdırma sayəsində CO₂ emissiyasının 54,000 ton aşağı salınmasına nail olmuşuq. Karbon ayaq izimizin azaldılmasını Azərbaycan Sement İstehsalçıları Assosiasiyasının Xalis Sıfır Yol Xəritəsinə uyğun şəkildə həyata keçiririk. İnşaat sektorunun ehtiyaclarına cavab verərkən, fəaliyyətimizi dayanıqlı inkişafa sadiqlik prinsipi üzərində qurmaq bizim üçün prioritetdir. Bu yanaşmanı sement istehsalı ilə yanaşı Norm Beton brendi ilə beton məhsullarının, Storm brendi ilə sement əsaslı quru qarışıqların istehsalında da tətbiq edirik. Ötən ilin dekabrından etibarən isə yeni brendimiz Norm Logistics müştərilərə nəqliyyat xidmətləri göstərir və biz logistikada da ekoloji yanaşmanı qoruyub saxlayırıq. Sement istehsalından digər inşaat materialları və əlaqəli xidmət sahələrinə doğru fəaliyyətimizi genişləndirməklə, regionun inşaat materialları istehsalçısına çevrilməyi qarşıya məqsəd qoymuşuq."

2025-ci il üzrə maliyyə göstəriciləri barədə məlumatın açıqlanması zamanı şirkətin Maliyyə və Strategiya üzrə Baş direktor müavini Elvin Mirzəyev əlavə edib:

"2025-ci il, şirkət strategiyasının real nəticələr hasil etdiyi il oldu. Belə ki, tikinti materialları seqmentində strateji təşəbbüslərə 57 milyon manata yaxın sərmayə qoyuldu.

Sərmayəni həm istehsal fəaliyyətimiz, həm də ehtiyatla strukturlaşdırılmış borc vəsaitləri hesabına təmin etdik. Bu da, 2024-cü ildə qeydə alınmış yüksək mənfəət səviyyəsi ilə müqayisədə 2025-ci ildə vergiyə qədər mənfəətin aşağı düşməsinin başlıca səbəbidir. Bu sərmayələr şirkətimizin uzunmüddətli inkişaf strategiyası çərçivəsində həyata keçirilir və inşaat materialları istehsalçısına çevrilmək hədəfimizi dəstəkləyir. Bununla belə, Norm ölkənin ən iri vergi ödəyicilərindən biri olaraq qalır və eyni zamanda sosialyönümlü layihələrə əhəmiyyətli resurs ayırmağa davam edir. 2025-ci ildə şirkətin koporativ sosial məsuliyyət layihələrinə xərclədiyi vəsait 5,2 milyon manat təşkil edib."

"Norm" ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.

Paylaş

Xəbər lenti

Xankəndi bu Avropa şəhəri ilə qardaşlaşdı Bu gün, 17:48 Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub Bu gün, 17:48 "Sumqayıt"ın futbolçusu Nihat Ağalı hakimi təhqir etdiyi üçün cəzalandırılıb Bu gün, 17:48 Azərbaycanda dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılır Bu gün, 17:48 Uyğunsuzluq aşkarlan yağ istehsal olunduğu ölkəyə qaytarıldı Bu gün, 17:48 Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir Bu gün, 17:48 Bacısı ilə mübahisə edən qardaş bıçaqlandı, bacıoğlu saxlanıldı Bu gün, 17:48 Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib Bu gün, 17:48 İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışını edib Bu gün, 16:48 "Norm" ASC 2025-ci ildə rekord gəlir əldə edib Bu gün, 16:48 Famil Mustafayev "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib Bu gün, 16:48 Metroda xətlər ayrıldı, ADY alternativ marşrut təklif etdi: Cəmi 11 dəqiqəyə çatacaqsınız Bu gün, 16:48 Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək Bu gün, 16:48 İlham Əliyev: Kasım-Jomart Tokayevi gələn ay Azərbaycanda gözləyirik Bu gün, 16:48 Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək Bu gün, 16:48 İlham Əliyev: Türkiyə-Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil Bu gün, 16:48 Azərbaycan Prezidenti: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq Bu gün, 16:48 İlham Əliyev Şamaxıda "Pirqulu Park" hotelinin açılışını edib Bu gün, 16:48 Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib Bu gün, 16:48 Piyada keçidində qəza - Dörd nəfər ölümdən son anda xilas olub - ANBAAN VİDEO Bu gün, 15:48 Tibb müəssisələrində pasiyentlərin təhlükəsizliyi necə qorunur? – TƏBİB-dən açıqlama Bu gün, 15:48 Azərbaycan Prezidenti Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub Bu gün, 15:48 Şəmkirdə 2013-cü ildə törədilmiş qətl hadisəsi ilə bağlı şübhəli şəxs saxlanılıb Bu gün, 15:48 Bizon "13 həftə, 13 avtomobil" lotereyasını uğurla yekunlaşdırdı – 13 qalib avtomobilinə qovuşdu Bu gün, 15:48 ADMİU-dan qovulan tələbə: "Sırğa taxdığıma görə..." Bu gün, 15:48 Kəmaləddin Heydərov könüllülərin sertifikatlarla təltifetmə mərasimində iştirak edib Bu gün, 15:48 Prezident: Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır Bu gün, 14:48 İnsan həyatı üçün təhlükə saçan mallar dövriyyədən çıxarılacaq - Yeni qaydalar Bu gün, 14:48 Prezident: TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik Bu gün, 14:48 İlham Əliyev: Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq Bu gün, 14:48 Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib Bu gün, 14:48 İrakli Kobaxidze Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb Bu gün, 14:48 Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq Bu gün, 14:48 Bu şəxslər universitet bitirsə də, 18 ay xidmət edəcək Bu gün, 14:48 Şoyqu: Moskva və Bakı ikitərəfli münasibətlərdəki böhranı aradan qaldırıb Bu gün, 14:48 Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub Bu gün, 14:48 İcma: Ermənistan hakimiyyəti cəmiyyəti sülhə hazırlamaq əvəzinə, qəbuledilməz bəyanatlar verir Bu gün, 14:48 Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub Bu gün, 14:48 Məhkəmə anasına qarşı sərt davranan övladı miras payından məhrum edib Bu gün, 13:48 Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub Bu gün, 13:48 Sabah Bakıda 29° isti olacaq Bu gün, 13:48 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər Bu gün, 13:48 Milli Məclisin deputatları Rusiyada parlament seçkilərini müşahidə edəcəklər Bu gün, 13:48 Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır" Bu gün, 13:48 Bu ilin 8 ayında Azərbaycanda qeydiyyata alınmış işsizlər 247,7 min nəfər olub Bu gün, 13:48 Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür Bu gün, 13:48 Prezident: Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir Bu gün, 13:48 İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR