
ABŞ-nin "F-16" qırıcısı Merilend ştatında Kemp-Devid şəhərində yerləşən və həmin vaxt Donald Trampın olduğu prezident iqamətgahı üzərində uçuş məhdudiyyətlərini pozan kiçik mülki təyyarəni ələ keçirib.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) məlumat yayıb.
"2026-cı il sentyabrın 19-da, təxminən səhər saat 07:50-də (Bakı vaxtı ilə 15:50 - red.), NORAD-ın "F-16" qırıcıları Merilend ştatının Termont şəhəri üzərində şəxsi aviasiya təyyarəsini ələ keçirib. Ələkeçirmə zamanı NORAD qırıcıları pilotun diqqətini cəlb etmək üçün istilik tələlərindən istifadə edib", - deyə komandanlıq bildirib.
İstilik tələlərinin buraxılması yerli sakinlərin diqqətini çəkib.
Qeyd edək ki, Tramp sentyabrın 18-də axşam Kemp-Devidə gəlib və bütün həftəsonu orada qalmağı planlaşdırır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.