
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu bu tarixi saziş Xəzərin neft sərvətlərini Azərbaycanın iqtisadi qüdrətinə, beynəlxalq etimada və strateji enerji tərəfdaşlığına çevirib.
BAKU.WS xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkə hesabında yazıb.
"Bu gün həmin möhkəm təməl üzərində yeni enerji layihələri və yaşıl enerji dəhlizləri ilə ölkəmizin enerji tarixinin növbəti səhifəsini yazırıq", - o vurğulayıb.
#Əsrinmüqaviləsi|nin imzalanmasından 32 il ötür. #UluÖndər Heydər Əliyevin müəllifi olduğu bu tarixi saziş Xəzərin #neft sərvətlərini Azərbaycanın iqtisadi qüdrətinə, beynəlxalq etimada və strateji #enerjitərəfdaşlığı|na çevirdi. Bu gün həmin möhkəm təməl üzərində yeni… pic.twitter.com/YEX6tPjzS6
— Parviz Shahbazov (@ParvizShahbazov) September 20, 2026
P. Şahbazovun digər paylaşımı Neftçilər Günü ilə bağlıdır: "20 Sentyabr - Neftçilər Günü münasibətilə bütün neftçilərimizi səmimi-qəlbdən təbrik edirəm. Ulu Öndər Heydər Əliyevin Əsrin müqaviləsinin imzalandığı günü neftçilərin peşə bayramı kimi təsis etməsi onların Azərbaycanın iqtisadi inkişafına və enerji təhlükəsizliyinə verdiyi töhfələrə yüksək qiymətin ifadəsidir.
Neft sənayemizin zəngin ənənələrini yaşadan və ölkəmizin yeni enerji hədəflərinin reallaşmasına töhfə verən bütün neftçilərimizə möhkəm cansağlığı və fəaliyyətlərində uğurlar arzulayıram!".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.