
Ötən gün vəfat edən aktrisa Gülsen Tuncer dəfn edilib.
AVESTA.AZ xəbər verir ki, sənətçinin yas mərasiminə bir çox tanınmış həmkarı qatılıb.
Onlar arasında isə "Aşk-ı Memnu" serialındakı heç bir aktyor olmayıb.
Onların həmkarının yasında iştirak etməməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Qeyd edək ki, 81 yaşlı Gülsen Tuncer 3 gün əvvəl vəfat edib. Bir müddətdir beyin xərçəngindən müalicə alan aktrisanın xəstəliyinin 4-cü mərhələdə olduğu bildirilmişdi.
Gülsen Tuncer xüsusilə "Aşk-ı Memnu" serialında canlandırdığı Arsen Ziyagil obrazı ilə geniş tamaşaçı kütləsinin yaddaşında qalıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.