
ABŞ Prezidenti Donald Tramp İran Prezidenti Məsud Pezeşkianla görüşməyə hazır olduğunu açıqlayıb.
AVESTA.AZ xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalına açıqlamasında bildirib.
Jurnalist Tre Yinqst efirdə qeyd edib ki, Trampdan BMT Baş Assambleyası çərçivəsində Pezeşkianla görüşüb-görüşməyəcəyi barədə soruşub.
"İran Prezidenti Məsud Pezeşkian orada olacaq. Mən ondan İran Prezidenti ilə görüşməyə hazır olub-olmadığını soruşdum. O cavab verdi ki, ehtimal ki, buna hazırdır", - deyə jurnalist bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.