
Ukraynanın Moskva və Moskva vilayətinə intensiv dron hücumu Rusiya paytaxtının hava nəqliyyatında ciddi problemlərə səbəb olub.
AVESTA.AZ xəbər verir ki, şəhərin əsas aeroportlarında 400-dən çox uçuş təxirə salınıb, bir sıra reyslər isə ləğv edilib.
Ən çox gecikmə Şeremetyevo aeroportunda qeydə alınıb – 247 uçuşun vaxtı dəyişdirilib. Vnukovoda 129, Domodedovoda 27, Jukovskidə isə 7 reys gecikib.
Hücumlar zamanı Moskva vilayətində yaşayış binalarına dron düşməsi nəticəsində 2 nəfər ölüb, 20 nəfər yaralanıb. Həmçinin regionda sənaye obyektlərinin də hədəf alındığı bildirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.