
Bu ilin yanvar-avqust aylarında "Azəristiliktəchizat" ASC istehlakçılara 26 milyon 373,1 min manatlıq xidmət göstərib.
AVESTA.AZ xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq səhmdar cəmiyyətindən bildirilib.
Bildirilib ki, bunun 10 milyon 336,5 min manatı və ya 39,2 %-i qeyri əhali istehlakçılarına, 16 milyon 036,6 min manatı və ya 60,8 %-i əhali istehlakçı qrupuna aid olub.
Bu dövr ərzində göstərilən xidmətlərə görə ödəniş 24 milyon 094,2 min manat və ya 91,2 %, o cümlədən qeyri əhali istehlakçıları üzrə 10 milyon 024,1 min manat və ya 97 %, əhali istehlakçı qrupu üzrə 14 milyon 070,1 min manat və ya 87,8 % olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.