Bu gün, 11:48 70

İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səudu Krallıq Elan Edilməsi Günü münasibətilə təbrik edib.

BAKU.WS-in məlumatına görə, təbrikdə deyilir:

"23 Sentyabr – Krallıq Elan Edilməsi Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Ortaq mənəvi dəyərlər, dini-mədəni köklər, ənənəvi dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Səudiyyə Ərəbistanı dövlətlərarası əlaqələrinin və əməkdaşlığının yüksələn xətlə və dinamik inkişafı bizi sevindirir.

Biz qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərimizin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk. Bu gün bir sıra sahələrdə əməkdaşlığımız ölkələrimizin maraqlarına və xalqlarımızın mənafelərinə xidmət edərək onları bir-birinə daha da yaxınlaşdırır. Əməkdaşlığımızın prioritet sahələrindən olan enerji, o cümlədən alternativ və bərpaolunan enerji sahəsində ölkənizin aparıcı şirkəti olan "ACWA Power" ilə tərəfdaşlığımız ildən-ilə genişlənir və yeni məzmun kəsb edir.

Beynəlxalq təşkilatlar, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində səmərəli əməkdaşlığımızı və qarşılıqlı dəstəyimizi ayrıca vurğulamaq istərdim. Əlbəttə ki, ali səviyyədə fəal siyasi dialoqun mövcudluğu bütün bunlar üçün əlverişli zəmin formalaşdırmışdır.

Əminəm ki, xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətləri və qarşılıqlı fəaliyyətimiz ölkələrimizin rifahı naminə birgə səylərimizlə gələcək illərdə daha da dərinləşəcək, tərəfdaşlığımız yeni nailiyyətlərlə zənginləşəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Paylaş

Xəbər lenti

Azərbaycanda tanınmış idmançı HƏBS EDİLDİ Bu gün, 11:48 "2026 Formula-1"ə görə sürücülərə VACİB MÜRACİƏT Bu gün, 11:48 Xəstəxanaya yerləşdirilən Rəşad Səfərov: "Ürəyimdə ciddi problemlər var" Bu gün, 11:48 Kolleclərin boş qalan plan yerlərinə QƏBUL BAŞLADI Bu gün, 11:48 Xankəndi stadionunda təmir işlərinin ayın sonunadək başa çatdırılması planlaşdırılır Bu gün, 11:48 AMB: İzafi likvidlik 6,3 milyard manata çatıb Bu gün, 11:48 Kaşif Kozinoğlunun ölümü ilə bağlı yeni detallar açıqlandı Bu gün, 11:48 İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib Bu gün, 11:48 İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib Bu gün, 11:48 Estoniya səfiri Azərbaycanın Ukraynaya humanitar yardım etməsini yüksək qiymətləndirib Bu gün, 11:48 İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib Bu gün, 11:48 Martin Ryan əfv edilib Bu gün, 11:48 Paşinyan: "Tramp Marşrutu" Şərq ilə Qərb arasında beynəlxalq logistikanı dəyişdirəcək Bu gün, 10:48 Tamstore Marketlər Şəbəkəsində iş imkanları sizləri gözləyir Bu gün, 10:48 Azərbaycanda 8 ayda istilik və isti su xidmətlərinin ümumi dəyəri açıqlanıb Bu gün, 10:48 Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB? Bu gün, 10:48 Avtobusların iştirakı ilə baş verən ağır QƏZALAR Bu gün, 10:48 Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib Bu gün, 10:48 Donald Tramp sosial media hesabında Hikmət Hacıyevin müsahibəsini paylaşdı Bu gün, 10:48 DYP: Yol hərəkətində təhlükəsizliyin təmini tək sürücülərin deyil, piyadaların da məsuliyyətli davranmasını tələb edir Bu gün, 10:48 Bakıdakı tıxaclara son qoyacaq PLAN - Yollar və metro necə dəyişəcək? Bu gün, 10:48 "Gözlərim açıq qalır" - Estetik əməliyyatdan sonra qadının şok iddiası Bu gün, 09:48 Yalçın Rəfiyev  BMT-nin Yüksək Səviyyəli Həftəsində bir sıra tədbirlərdə iştirak edib Bu gün, 09:48 Bu gün 6 rayonda işıq olmayacaq Bu gün, 09:48 Bakıda sakinləri evlərindən didərgin salan hadisə Bu gün, 09:48 AYNA: 49 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib Bu gün, 09:48 Daha bir serial eşqi gerçək oldu - Aralarında 14 yaş fərq var Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 117 dolları keçib Bu gün, 09:48 Məmməd Musayevə qarşı cinayət işi açıldı - İLGİNC TƏFƏRRÜAT Bu gün, 09:48 Bu gün Yasamalın bir sıra ərazilərində işıq olmayacaq Bu gün, 08:48 Ceyhun Bayramov Trampın ev sahibliyi ilə keçirilən qəbulda iştirak edib Bu gün, 08:48 Minillikləri özündə toplayan qədim yaşayış məskəni Bu gün, 08:48 Ceyhun Bayramov: Azərbaycan Cammu və Kəşmir məsələsinin beynəlxalq hüquq yolu ilə həllinə sadiqdir Bu gün, 08:48 "Anamı qucaqladım, sanki buz parçası idi" - 22 yaşlı Nəsibənin acı hekayəsi Bu gün, 08:48 Azərbaycan və Kolumbiya qarşılıqlı şəkildə viza rejimini ləğv ediblər Bu gün, 08:48 Azərbaycan qazının Bolqarıstana tədarükünün genişləndirilməsi müzakirə olunub Bu gün, 08:48 Yeni ili daha xoşbəxt qarşılayacaq bürclər Bu gün, 00:48 Məşhur aktrisa uşaqlarını götürüb ölkəsini tərk etdi Dünən, 23:48 Abbas Əraqçi Ceyhun Bayramovla görüşüb Dünən, 23:48 Azərbaycan-BMT əməkdaşlığı ətrafında fikir mübadiləsi aparılıb Dünən, 23:48 Həmkarı Kadir İnanırın vərəsələrini "Cəsəd yeyən qarğalar" adlandırdı Dünən, 23:48 Dilarənin "Dəli"si Liam Nisonun 32 milyon dollarlıq filmində... Dünən, 23:48 Ərdoğan: Müharibənin Ukraynanın ərazi bütövlüyünün təminatı ilə yekunlaşmasını arzulayırıq Dünən, 23:48 Azərbaycan Bolqarıstana neft satışını 4.5 dəfədən çox artırıb Dünən, 22:48 İlham Əliyev: Qərb Sənaye Parkının yaradılmasının əsas məqsədi məhz dağ-mədən sənayesinin inkişafıdır Dünən, 22:48 Ceyhun Bayramov Cibuti XİN başçısı ilə ikitərəfli münasibətləri müzakirə edib Dünən, 22:48 Sabah bir sira yaşayış məntəqələrində işıq olmayacaq Dünən, 22:48 Ayrı soyadlar ər-arvad münasibətlərinə necə təsir edir? Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR