
Rusiyalı psixoloq Sergey Lanq reper Ciqanın yaşadığı silahlı insidentin səbəbləri ilə bağlı fikirlərini açıqlayıb.
BAKU.WS xəbər verir ki, psixoloq "AiF"ə açıqlamasında ayrılıq və boşanmanın narkotik və alkoqol asılılığı olan şəxslərdə davranış pozuntularını yenidən tətikləyə biləcəyini deyib.
Rusiyanın "Mash" teleqram kanalı daha əvvəl Ciqanın Moskva vilayətindəki evində silahla xidmət əməkdaşlarını hədələdiyini və atəş açdığını iddia edib. Məlumata görə, insident zamanı bir mühafizəçi qolundan və ayağından yaralanıb.
Hadisənin uşaqların gözü qarşısında baş verdiyi də iddia olunur. Ciqanın keçmiş həyat yoldaşı Oksana Samoylova hadisəni təsdiqləyib. Reperin daha sonra İsraildə üç aylıq reabilitasiyaya göndərildiyi bildirilib.
Psixoloq insidentin Ciqanın özünənəzarətlə bağlı ciddi problemlərinin olduğunu göstərdiyini iddia edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.