Bu gün, 13:48 151

Türklərə qarşı etnik təmizləmənin olduğu Əbilkəndin əsrlərə uzanan tarixi

Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, Qərbi Azərbaycandakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq hər birimizin borcudur.

"Qərbi Azərbaycanın yaddaş məkanları" layihəsinin məqsədi də məhz öz yurdlarından didərgin salınmış soydaşlarımızın doğma-yurd yuvaları haqqında məlumatları gənc nəslin diqqətinə çatdırmaqdır.

"Qərbi Azərbaycanın yaddaş məkanları" "AZfront" və Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin birgə layihəsidir. Layihə "Yoxa çıxmış sivilizasiya - Gözə dəyməyən fəlakət" tarixi araşdırması əsasında hazırlanıb. 2021-2024-cü illərdə aparılan çöl tədqiqatları zamanı müasir Ermənistan ərazisində vaxtilə azərbaycanlıların əcdadlarının yaşadığı 600-ə yaxın kənd üzrə foto və videomateriallar toplanıb, həmin yaşayış məntəqələrinin tarixi, əhalisi və türk mədəni-tarixi irsinin qalıqları - qəbiristanlıqlar, pirlər, məscidlər və digər abidələr barədə məlumatlar sistemləşdirilib. Layihə çərçivəsində hər kənd haqqında Azərbaycan, rus və ingilis dillərində video, həmçinin tarixi mənbələrə əsaslanan ayrıca mətn hazırlanıb. Materiallar kənd-kənd mərhələli şəkildə təqdim ediləcək.

Oxu.Az xəbər verir ki, layihə çərçivəsində növbəti material Qərbi Azərbaycanın Əbilkənd bölgəsi haqqında olacaq.

Rusiya imperiyası mənbələrində kənd Əbilkənd adı ilə qeyd olunub. 1946-cı ilin aprelində kənd Bulaxlı, 1960-cı illərin əvvəllərində isə Kalinin qəsəbəsi adlandırılıb. 1991-ci ilin aprelində Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində kəndin adı Noramarq olaraq dəyişdirilib. Kənd 1995-ci ildən Ermənistan Respublikasının Ararat vilayətinin tərkibindədir.

XVIII əsrin ortalarından Rusiya işğalına qədər kəndin ərazisi İrəvan xanlığının Zəngibasar mahalının tərkibində olub. 1827-ci ildə Rusiya İrəvan xanlığının ərazisini işğal edib, 1828-ci il Türkmənçay müqaviləsi isə onun Rusiya imperiyası tərkibinə birləşdirilməsini təsbit edib. Çar Rusiyası dövründə kənd İrəvan quberniyasının İrəvan qəzasının tərkibində olub.

Türklərə qarşı etnik təmizləmənin olduğu Əbilkəndin əsrlərə uzanan tarixi

1829-1832-ci illərdə Rusiya hakimiyyətinin tapşırığı ilə keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazilərinin kameral təsviri tərtib edilib. Sənədə salınmış məlumatlara əsasən, Əbilkənd kəndində hamısı azərbaycanlıların əcdadları olmaqla 85 nəfər yaşayıb.

Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara əsasən, 1914-cü ilə qədər müxtəlif dövrlərdə kənddə yalnız və ya əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.

Türklərə qarşı etnik təmizləmənin olduğu Əbilkəndin əsrlərə uzanan tarixi

Qafqaz haqqında məlumat toplusu:

1873-cü ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 183 nəfər yaşayıb.

1886-cı il ailələr üzrə siyahılardan çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu:

1886-cı ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 222 nəfər yaşayıb.

Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):

1897-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 234 nəfər yaşayıb.

1909-cu ilə olan Qafqaz təqvimi:

1906-cı ildə kənddə 256 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.

İrəvan quberniyasının 1908-ci ilə olan yaddaş kitabçası:

1908-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 256 nəfər yaşayıb.

1912-ci ilə olan Qafqaz təqvimi:

1911-ci ildə kənddə 272 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.

1915-ci ilə olan Qafqaz təqvimi:

1914-cü ildə kənddə 376 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.

Türklərə qarşı etnik təmizləmənin olduğu Əbilkəndin əsrlərə uzanan tarixi

29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti İrəvan, indiki Yerevan şəhərini və bəzi ətraf əraziləri ermənilərə güzəştə gedib. Beləliklə, müasir azərbaycanlıların əcdadlarının tarixən yaşadığı torpaqlarda Birinci Ermənistan Respublikası yaradılıb. Mövcudluğunun ilk aylarından Ermənistan Respublikası qonşu ölkələrə: Azərbaycan, Gürcüstan və Türkiyəyə (o dövrdə Osmanlı imperiyasına) ərazi iddiaları irəli sürməyə başlayıb.

1918-1920-ci illərdə Ermənistan Respublikasında hakimiyyətdə olan millətçi Daşnaksütyun partiyası İrəvan quberniyasında, o cümlədən digər bölgələrdə, xüsusən də Zəngəzur, Qarabağ və Naxçıvanda türk əhaliyə qarşı etnik təmizləmə keçirib.

20 oktyabr 1919-cu ildə Əbilkənd kəndinin sakinləri AXC hökumətinə daşnakların müsəlman əhaliyə divan tutmaları haqda məlumat verdikləri məktubla müraciət edərək, onları öz himayələrinə qəbul etmələrini və təbəəlik vermələrini xahiş ediblər.

Etnik təmizləmənin nəticələri kəndin dağıdıldığını göstərən 1922-ci il Sovet Ermənistanı əhalisinin siyahıyaalınması məlumatlarında öz əksini tapıb.

1920-ci ilin sonunda Ermənistanda sovet hakimiyyəti elan edilib, 1921-ci ildə isə ölkədə kommunist rejimi qəti olaraq bərqərar olub. Bundan sonra azərbaycanlı əhali kəndə qayıtmağa başlayıb.

Türklərə qarşı etnik təmizləmənin olduğu Əbilkəndin əsrlərə uzanan tarixi

Kənd müxtəlif vaxtlarda Kəmərli və Zəngibasar (sonradan müvafiq olaraq Artaşat və Masis) rayonlarının tərkiblərinə daxil olub.

Sovet dövründə ləğv edilmiş Reyhanlı, Seyidkənd və Qulucan azərbaycanlı kəndlərinin əraziləri Əbilkəndin tərkibinə daxil olub.

Erməni mənbələrinin məlumatına əsasən, kənddə 1980-ci illərin sonlarına qədər azərbaycanlılar yaşayıblar.

Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):

1926-cı ildə kənddə 40 nəfər yaşayıb, onlardan 36 nəfəri azərbaycanlı olub.

1931-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla 75 nəfər yaşayıb.

1948-1953-cü illərdə sovet hakimiyyəti azərbaycanlıların Ermənistan SSR-dən Azərbaycan SSR-ə deportasiyasını həyata keçirib. Nəticədə Əbilkənd kəndi sakinlərinin bir hissəsi zorla Azərbaycan ərazisinə köçürülüb.

Türklərə qarşı etnik təmizləmənin olduğu Əbilkəndin əsrlərə uzanan tarixi

Manvelyan A.P., Martirosyan G.M. Ermənistan SSR-in 1831-1959-cu illərdə yaşayış məntəqələri və əhalisi:

1959-cu ildə kənddə 413 nəfər, əsasən, azərbaycanlılar yaşayıblar.

Akopyan T.X., Məlik-Baxşyan S.T., Barseqyan O.X. Ermənistanın və ətraf vilayətlərin toponimləri lüğəti:

1970-ci ildə qəsəbədə 741 nəfər yaşayıb.

1979-cu ildə qəsəbədə 1690 nəfər yaşayıb.

Sovet dövründə xaricdən ermənilərin Ermənistana mütəşəkkil köçürülməsi həyata keçirilib. Bunu kəndin keçmiş sakinləri də təsdiqləyirlər.

1965-ci ildə Əbilkənd kəndində anadan olmuş və 1988-ci ilin noyabr ayına qədər orada yaşamış Sulduz Xəlilov xatırlayır: "Masisdə əhalinin 38%-i erməni, qalanları azərbaycanlı idi. O vaxt bizə deyirdilər ki, qanunla katib azərbaycanlı olmalıdır. Sonra Livandan, başqa haradansa erməniləri topladılar və Masisə gətirdilər… 1982-1983-cü illərdə, onlar əksəriyyət təşkil etsinlər deyə".

1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən qovulublar.

Türklərə qarşı etnik təmizləmənin olduğu Əbilkəndin əsrlərə uzanan tarixi

Sulduz Xəlilov: "Beləliklə, 1988-ci ildə hamımız qovulduq… Onlar açıq şəkildə bizə "çıxın" deyirdilər. Son iki ayda [sentyabr-oktyabr 1988] kəndə gecələr basqınlar edirdilər. Bizə görə konkret olaraq heç kim məsuliyyət daşımırdı. Qoşunlar ya buraxıldı, ya da başqa bir şey, amma vəziyyət silahlı basqınlara qədər gəlib çatırdı".

2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlər zamanı Əbilkənd kəndində onlarla dağıdılmış qəbirüstü abidələrin qaldığı azərbaycanlı qəbiristanlığı aşkar edilib.

Materialın hazırlanması zamanı istifadə olunan mənbələr:

Yuxarıdakı məlumatların əsaslandırılması üçün 30 ayrıca mənbə istifadə edilib. Bunların sırasında Azərbaycan Respublikasının Dövlət Arxivinin sənədləri, Böyük Sovet Ensiklopediyası, "The Scotsman", Richard Hovannisyanın "The Republic of Armenia" əsəri və digər sənədlər var. Bundan əlavə, Əbilkəndlə bağlı 93 vizual material yerləşdirilib.

Xüsusi qeyd: Bu layihənin videomaterialları eksklüziv olaraq Baku TV-də yayımlanacaq.

Paylaş

Xəbər lenti

Həkim səhər yeməyində bu qidalardan uzaq durmağı tövsiyə edib Bu gün, 14:48 "Dubl-Bom"un aparıcısı: "Bir dəfə məni avtobusda yatanda çəkib, verilişə göndərmişdilər" Bu gün, 14:48 "Formula-1": Azərbaycan Qran-prisinin ilk sərbəst yürüşü başa çatıb Bu gün, 14:48 Qazaxıstanda təlim zamanı faciə: 9 hərbçi həlak oldu, 10 nəfər axtarılır Bu gün, 14:48 Təyyarədə ölən bacı-qardaşına görə pul davası aparırdı - İndi qətlə görə tutuldu Bu gün, 14:48 Ermənistandan Azərbaycana ixrac edilən məhsulun adı açıqlandı Bu gün, 14:48 Sakinlərin kanalizasiya şikayətinə RƏSMİ CAVAB: "Min manat cərimələnə bilərlər" Bu gün, 14:48 Zeynəb Xanlarova İtaliyada dincəlir Bu gün, 14:48 Türklərə qarşı etnik təmizləmənin olduğu Əbilkəndin əsrlərə uzanan tarixi Bu gün, 13:48 Ramina Saadatkhanın əsəri "Cadillac"ın Azərbaycan Qran-Prisi posterində Bu gün, 13:48 İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb Bu gün, 13:48 "Yeraltı"nın aktrisası özünə 8 milyonluq cip aldı Bu gün, 13:48 İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTO Bu gün, 13:48 Kenan İmirzalıoğlu ilə Bergüzar Korelin serialı FİNAL EDİR Bu gün, 13:48 Nurgül Yeşilçay: "Yenidən gənc olmaq istəməzdim" Bu gün, 13:48 AZAL Bakıda "Boeing 787 Dreamliner" uçuş simulyatorunu nümayiş etdirir Bu gün, 13:48 Qonşusunu bıçaqla ürəyindən vuran şəxsə AĞIR CƏZA Bu gün, 12:48 Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq Bu gün, 12:48 Bakıda 51 min manatlıq oğurluq olub Bu gün, 12:48 Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim Bu gün, 12:48 "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib Bu gün, 12:48 Naomi Kempbell Bakıda Bu gün, 12:48 Kriştiano Ronaldo: "Məni öldürmək istəyənlər var" Bu gün, 12:48 Motosiklet sürücülərinə qarşı REYD: 22 nəfər saxlanıldı Bu gün, 12:48 Türkiyədə 5,4 ballıq zəlzələ olub, yollarda çat əmələ gəlib Bu gün, 12:48 "Formula 2": Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatıb Bu gün, 11:48 Suraxanıda 32 kiloqram narkotik vasitə aşkarlanıb Bu gün, 11:48 "Sabah"ın Çempionlar Liqasındakı oyunlarına 100 mindən çox bilet SATILDI Bu gün, 11:48 "Formula -1" "Sea Breeze"də keçirilə bilər Bu gün, 11:48 Almaz Ələsgərova: "Müğənniyə pis söz yazıb, təhqir edirlər, bunu özü qazanıb" Bu gün, 11:48 FHN Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib Bu gün, 11:48 Psixoloq Ciqanın silahlı insidenti ilə bağlı iddia irəli sürdü Bu gün, 11:48 Ukrayna bu səbəbdən təxminən 4,5 milyard dollar itirib Bu gün, 11:48 "Azeri Light"ın qiyməti 121 dolları ötdü – bahalaşdı Bu gün, 10:49 Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir Bu gün, 10:49 IV Bakı Təhlükəsizlik Forumu keçirilib Bu gün, 10:49 "Formula 2": Azərbaycan Qran-prisində sərbəst yürüş başlayıb Bu gün, 10:49 Formula 1-lə bağlı metronun iş SAATI DƏYİŞİR Bu gün, 10:48 Rəqsanə İsmayılovaya ağır itki üz verdi Bu gün, 10:48 Xocalıdan 9 yaşında çıxan Ləfxanım yurduna qayıdıb Bu gün, 10:48 Aktyordan "Kurtlar Vadisi" etirafı: "Biz bir şey izləyirdik, 3 gün sonra reallaşırdı" Bu gün, 10:48 Bakıda Formula 1 həyəcanı başlayır: Qran-prinin ilk günündə 5 yürüş keçiriləcək Bu gün, 09:48 Bakıda hazırda bu yollarda sıxlıq var Bu gün, 09:48 Bakının iki rayonunda işıqlar sönəcək – SAATLAR AÇIQLANDI Bu gün, 09:48 Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunub Bu gün, 09:48 Bakının bu qəsəbəsində qaz kəsiləcək Bu gün, 09:48 Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək Bu gün, 09:48 Nuri Əhmədov vəfat etdi Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR