
Endokrinoloq Laura Bartolome səhər yeməyində şirniyyat və bəzi digər məhsulların qəbulunun qısa müddət sonra aclıq və yorğunluğa səbəb ola biləcəyini bildirib.
AVESTA.AZ xəbər verir ki, mütəxəssisin sözlərinə görə, tərkibində sürətli karbohidratlar olan şirniyyatların qəbulu qanda qlükozanın sürətlə yüksəlməsinə və insulinin kəskin ifrazına səbəb ola bilər. Təxminən iki saat sonra bu göstəricilər azaldıqda aclıq və güclü yorğunluq yarana bilər.
Həkim səhər yeməyində müxtəlif un məmulatları və şirələrdən uzaq durmağı, zülal və liflə zəngin qidalara üstünlük verməyi tövsiyə edib.
Onun sözlərinə görə, təbii yoqurt, qoz-fındıq, toxumlar və yulaf sıyığı daha uzun müddət toxluq hissi yarada bilər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.