Bu gün, 22:48 49

Bank kartları ilə bağlı VACİB AÇIQLAMA – Müştərilərə xəbərdarlıq

Azərbaycanda banklar tərəfindən təqdim edilən ödəniş kartlarının sayına tətbiq olunan risk əsaslı yanaşma hazırda istifadə edilən ödəniş kartlarına hər hansı məhdudiyyət yaratmır.

Bunu AVESTA.AZ-ə Azərbaycan Banklar Assosiasiyasından (ABA) bildiriblər.

"Müştərilər mövcud kartlardan onların etibarlılıq müddəti başa çatanadək və ya kart hesabı bağlanılanadək istifadə edə bilərlər.

Əlavə ödəniş kartına ehtiyac yarandıqda müştəri xidmət aldığı banka müraciət edə bilər. Bank müraciəti risk əsaslı yanaşma çərçivəsində qiymətləndirəcək. Kartdan və ya elektron pula bağlı ödəniş hesabından istifadə məqsədi barədə ağlabatan izahat təqdim edildiyi, əməliyyatların bankda mövcud məlumatlarla uyğun olduğu və qeyri-qanuni məqsədlərlə istifadə edilmədiyinə əminlik yarandığı hallarda nəzərdə tutulan sayın artırılması mümkündür", - ABA-dan bildirilib.

Yeni yanaşmanın əsas məqsədi ödəniş xidməti təchizatçılarının, o cümlədən bankların və elektron pul təşkilatlarının xidmətlərindən sui-istifadə risklərini minimuma endirmək və risk əsaslı yanaşmanın daha vahid formada tətbiq edilməsidir.

Yanaşmaya əsasən, əməkhaqqı, pensiya və digər sosial müavinətlər üçün nəzərdə tutulmuş ödəniş kartları, sahibkarlıq hesabına bağlı ödəniş kartları, eləcə də depozit hesablarına bağlı ödəniş kartları istisna olmaqla, hər bir bank tərəfindən təqdim edilən hər bir ödəniş kartı məhsulu üzrə milli valyutada 1, hər bir xarici valyuta üzrə isə 1 ödəniş kartı nəzərdə tutulur.

Bu yanaşma yalnız konkret banka şamil edilir və müştərinin digər banklardan ödəniş kartı əldə etməsinə məhdudiyyət yaratmır. Eyni zamanda, bank tərəfindən bir neçə fərqli ödəniş kartı məhsulu təqdim edilirsə, müştəri həmin məhsulların hər biri üzrə ayrıca kart əldə edə bilər. Məsələn, eyni bankda "Azal Miles" və digər debet və ya kredit kartı məhsullarından istifadə etmək mümkündür.

Yanaşma həm manat, həm də xarici valyutada təqdim olunan ödəniş kartlarına şamil edilir. Belə ki, müştəri eyni bankdan həm milli valyutada, həm də ABŞ dolları, avro və digər xarici valyutalarda müxtəlif kart məhsulları əldə edə bilər.

Məlumata görə, risk əsaslı yanaşma 1 avqust 2026-cı ildən tətbiq edilir. Banklar və digər ödəniş xidməti təchizatçıları yanaşmanı texniki imkanları və daxili prosedurlarına uyğun olaraq mərhələli şəkildə tətbiq edirlər.

Yeni yanaşmanın rəqəmsal ödəniş ekosistemində sui-istifadə hallarının və maliyyə fırıldaqçılığı risklərinin azaldılmasına, habelə ödəniş xidmətlərinin təhlükəsizliyinin gücləndirilməsinə xidmət etdiyi bildirilir.

Paylaş

Xəbər lenti

ÜST rəhbəri yeni pandemiyanın qaçılmaz olduğunu bildirib Bu gün, 23:48 Evdə hazırlanan qidaların satışı ilə bağlı yenilik bahalaşmaya səbəb olacaq? Bu gün, 23:48 BASF şirkəti rəqibi "Evonik"i 8 milyard avroya ala bilər Bu gün, 23:48 Kanadanın XİN rəhbəri: Ottava Aİ-yə tamhüquqlu üzv olmağa can atmır Bu gün, 23:48 Bank kartları ilə bağlı VACİB AÇIQLAMA – Müştərilərə xəbərdarlıq Bu gün, 22:48 Parlament Anım Günü ilə əlaqədar Bəyanat qəbul edəcək Bu gün, 22:48 Səidcəmşid Cəfərov Avropa çempionu olub - boksçularımızdan Sofiyada 5 medal Bu gün, 22:48 Ceyhun Bayramov ATƏT-in baş katibi ilə regional təhlükəsizliyi və sülh prosesini müzakirə edib Bu gün, 22:48 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək Bu gün, 22:48 "Bloomberg": Tramp Zelenskiyə Putinlə danışıqlar üçün Moskvaya getməyi təklif edib Bu gün, 22:48 Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi Bu gün, 22:48 Trampın BMT-dəki çıxışı İranda QALMAQAL YARADIB: Heyət zalı tərk edib, bir nəfər qalıb... Bu gün, 22:48 Şair Ramaldanov: Ermənistanın qeyri-konstruktiv mövqeyi antiterror əməliyyatına gətirib çıxardı Bu gün, 21:48 AIIF 2026-da Orta Dəhliz haqqında panel sessiya olub Bu gün, 21:48 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Anım Günü ilə əlaqədar tədbir keçirilib Bu gün, 21:48 Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan Bu gün, 21:48 Türk Dövlətlərinin İnvestisiyaların Təşviqi Şəbəkəsinin koordinasiya görüşü keçirilib Bu gün, 21:48 Neftçalada küləyin sürəti 25 m/s-yə çatır - FAKTİKİ HAVA Bu gün, 20:48 Bakıdan Tbilisiyə Kürmük məbədi ilə bağlı SƏRT MESAJ Bu gün, 20:48 Ceyhun Bayramov Şimali Kiprin XİN rəhbəri ilə regional məsələləri müzakirə edib Bu gün, 20:48 Zidandan Fransa millisində böyük dəyişiklik: Mbappeyə yeni rol Bu gün, 20:48 Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi açıqlanıb Bu gün, 20:48 Türkiyənin "Adriana Lima"sı saxlanıldı Bu gün, 20:48 AIIF 2026-da Cənubi Qafqaz və Mərkəzi Asiya arasında iqtisadi əməkdaşlıq müzakirə olunub Bu gün, 20:48 Azərbaycanın sədrliyi ilə TDT XİN rəhbələrinin Nyu-Yorkda qeyri-rəsmi toplantısı olub Bu gün, 19:48 Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 50 mənzil verildi Bu gün, 19:48 Həkimlər niyə rayonlarda işləmək istəmir? - Tanınmış professor açıqladı Bu gün, 19:48 Ucar sakininə müddətsiz I dərəcə əlillik təyin olundu – Agentlik məsələni nəzarətə götürdü Bu gün, 19:48 Əli Həsənovun oğlu ABŞ-dəki şirkətini bağladı Bu gün, 18:48 Bakıdan Tbilisiyə əlavə qatar reysi AÇILIR? Bu gün, 18:48 Strateji valyuta ehtiyatlarımız neçə aylıq idxalı qarşılaya bilər? - AMB sədri AÇIQLADI Bu gün, 18:48 Bakıda hazırda bir sıra yollarda sıxlıq var - SİYAHI Bu gün, 18:48 Azərbaycanda son bir həftədə yaşıllıqlara 225 min manatdan çox ziyan vurulub Bu gün, 18:48 Ət məhsullarında bahalaşma - Xaricdən idxal nə üçün qiyməti ucuzlaşdırmır? Bu gün, 18:48 Ağstafada avtoqəza olub, xəsarət alanlar var Bu gün, 18:48 XRG SOCAR və "TotalEnergies" ilə birgə "Abşeron" layihəsi üzrə yekun investisiya qərarı hazırlayır Bu gün, 17:48 "Çexiyadan Azərbaycana turist axınını artırmaq mümkündür" Bu gün, 17:48 Bakıda sürücülər arasında DAVA: Biri hava limanında saxlanıldı Bu gün, 17:48 Formula 1: Corc Rassel sıralama turunu birinci sırada bitirib Bu gün, 17:48 Pərviz Şahbazov: "Asiyadan Avropaya qədər elektrik enerjisi şəbəkəsi yaratmağı hədəfləyirik" Bu gün, 17:48 SOCAR və "Citigroup" maliyyə sahəsində tərəfdaşlığın genişləndirilməsini müzakirə edib Bu gün, 17:48 NDU-nun Əməkdar müəllimi Zərifə Nəcəfova 91 yaşında vəfat edib Bu gün, 17:48 "Birliyin Gücü - 2026": Zakir Həsənov təlimdə məşqlərin gedişatını izləyib Bu gün, 17:48 Müğənninin şikayəti icraata götürüldü: Bloqer Sevinc Hüseynova təqsirləndirilən şəxs oldu Bu gün, 17:48 2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək Bu gün, 17:48 Kompensasiya davası edən Kamran Seyidov 50 yaşlı qadını tamah üstündə ÖLDÜRÜBMÜŞ Bu gün, 16:48 Vətəndaşların milyonlarını mənimsəyən şirkət rəhbərinə HÖKM OXUNDU Bu gün, 16:48 Bakıdan İstanbula qatarla səyahət - Yeni təklifin DETALLARI Bu gün, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR