Bu gün, 21:48 71

Şair Ramaldanov: Ermənistanın qeyri-konstruktiv mövqeyi antiterror əməliyyatına gətirib çıxardı

"Ermənistan Vətən müharibəsinə qədər qeyri-konstruktiv mövqe nümayiş etdirərək Azərbaycanı öz torpaqlarını hərbi yolla azad etməyə məcbur etdi. Azərbaycan Vətən müharibəsində öz torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü bərpa etdi".

Bu fikirləri hərbi ekspert, ehtiyatda olan polkovnik, sabiq briqada komandiri Şair Ramaldanov BAKU.WS-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu barədə anonsu hələ Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev Aprel döyüşlərindən sonra vermişdi.

Şair Ramaldanov: Ermənistanın qeyri-konstruktiv mövqeyi antiterror əməliyyatına gətirib çıxardı

"O zaman o demişdi ki, Azərbaycan Ordusu qısa bir zamanda işğalçı qüvvələri torpaqlarımızdan qovaraq onları darmadağın etməyə və ərazi bütövlüyünü bərpa etməyə qadirdir. Sonra, əlbəttə, siyasi arenada ermənilərə bunu anlatmağa çalışsaq da, ermənilər bunu anlamadılar. Hətta yeni ərazilər haqqında müəyyən fikirlər səsləndirirdilər. Azərbaycan qələbə çaldı və 9 bənddən ibarət bəyanat imzalandı".

Şair Ramaldanov deyir ki, bundan sonra da Ermənistan tərəfi öz qeyri-konstruktiv mövqeyindən əl çəkmədi və sənəddə əksini tapan müddəaları yerinə yetirməkdən boyun qaçırdı:

"Ermənilər nə beynəlxalq normaları, nə də beynəlxalq hüququ yerinə yetirmək istəmədilər və nəticədə qanunsuz silahlı dəstələr yaratdılar.

Separatçı rejim günü-gündən azğınlaşdı. Azərbaycan ərazisində Azərbaycana meydan oxumağa çalışdılar. Qanunsuz silahlıların sayı əvvəlcə 5 min, sonra 10 min oldu. Sonradan məlum oldu ki, qanunsuz silahlıların sayı artaraq 15 minə yüksəlib.

Gizli şəkildə ağır texnika, toplar və digər zirehli texnikalar toplamağa çalışdılar. Bununla da Azərbaycanın ətraf yaşayış məntəqələrində dinc əhali üçün təhlükə yarandı.

Həmin dövrdə atəşkəs pozulurdu və demək olar ki, ərazimizdə terror fəaliyyətlərini genişləndirmək istəyirdilər.

İş o yerə çatmışdı ki, ərazidə yerləşdirilən Rusiya sülhməramlıları da vəziyyətə nəzarət edə bilmirdilər. Çünki onlar həm sayca çox az idi, həm də qanunsuz silahlıların sayının artması, demək olar ki, separatçı rejimə üstünlüklər yaradırdı.

Belə olan halda Azərbaycanın başqa çarəsi qalmamışdı. Həmin dövrdə cənab Prezident İlham Əliyev dəfələrlə çağırışlar etmişdi. Bütün bunlara baxmayaraq, Ermənistan tərəfindən razılaşmalar yerinə yetirilmədi.

Belə olduqda, Azərbaycanın suverenliyinin bərpası uğrunda Ordumuz antiterror əməliyyatına başladı. Nəticədə ərazilərimizdə separatçı rejimin kökü kəsildi. Azərbaycan Ordusu suverenliyimizi tam bərpa etdi".

Paylaş

Xəbər lenti

Bank kartları ilə bağlı VACİB AÇIQLAMA – Müştərilərə xəbərdarlıq Bu gün, 22:48 Parlament Anım Günü ilə əlaqədar Bəyanat qəbul edəcək Bu gün, 22:48 Səidcəmşid Cəfərov Avropa çempionu olub - boksçularımızdan Sofiyada 5 medal Bu gün, 22:48 Ceyhun Bayramov ATƏT-in baş katibi ilə regional təhlükəsizliyi və sülh prosesini müzakirə edib Bu gün, 22:48 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək Bu gün, 22:48 "Bloomberg": Tramp Zelenskiyə Putinlə danışıqlar üçün Moskvaya getməyi təklif edib Bu gün, 22:48 Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi Bu gün, 22:48 Trampın BMT-dəki çıxışı İranda QALMAQAL YARADIB: Heyət zalı tərk edib, bir nəfər qalıb... Bu gün, 22:48 Şair Ramaldanov: Ermənistanın qeyri-konstruktiv mövqeyi antiterror əməliyyatına gətirib çıxardı Bu gün, 21:48 AIIF 2026-da Orta Dəhliz haqqında panel sessiya olub Bu gün, 21:48 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Anım Günü ilə əlaqədar tədbir keçirilib Bu gün, 21:48 Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan Bu gün, 21:48 Türk Dövlətlərinin İnvestisiyaların Təşviqi Şəbəkəsinin koordinasiya görüşü keçirilib Bu gün, 21:48 Neftçalada küləyin sürəti 25 m/s-yə çatır - FAKTİKİ HAVA Bu gün, 20:48 Bakıdan Tbilisiyə Kürmük məbədi ilə bağlı SƏRT MESAJ Bu gün, 20:48 Ceyhun Bayramov Şimali Kiprin XİN rəhbəri ilə regional məsələləri müzakirə edib Bu gün, 20:48 Zidandan Fransa millisində böyük dəyişiklik: Mbappeyə yeni rol Bu gün, 20:48 Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi açıqlanıb Bu gün, 20:48 Türkiyənin "Adriana Lima"sı saxlanıldı Bu gün, 20:48 AIIF 2026-da Cənubi Qafqaz və Mərkəzi Asiya arasında iqtisadi əməkdaşlıq müzakirə olunub Bu gün, 20:48 Azərbaycanın sədrliyi ilə TDT XİN rəhbələrinin Nyu-Yorkda qeyri-rəsmi toplantısı olub Bu gün, 19:48 Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 50 mənzil verildi Bu gün, 19:48 Həkimlər niyə rayonlarda işləmək istəmir? - Tanınmış professor açıqladı Bu gün, 19:48 Ucar sakininə müddətsiz I dərəcə əlillik təyin olundu – Agentlik məsələni nəzarətə götürdü Bu gün, 19:48 Əli Həsənovun oğlu ABŞ-dəki şirkətini bağladı Bu gün, 18:48 Bakıdan Tbilisiyə əlavə qatar reysi AÇILIR? Bu gün, 18:48 Strateji valyuta ehtiyatlarımız neçə aylıq idxalı qarşılaya bilər? - AMB sədri AÇIQLADI Bu gün, 18:48 Bakıda hazırda bir sıra yollarda sıxlıq var - SİYAHI Bu gün, 18:48 Azərbaycanda son bir həftədə yaşıllıqlara 225 min manatdan çox ziyan vurulub Bu gün, 18:48 Ət məhsullarında bahalaşma - Xaricdən idxal nə üçün qiyməti ucuzlaşdırmır? Bu gün, 18:48 Ağstafada avtoqəza olub, xəsarət alanlar var Bu gün, 18:48 XRG SOCAR və "TotalEnergies" ilə birgə "Abşeron" layihəsi üzrə yekun investisiya qərarı hazırlayır Bu gün, 17:48 "Çexiyadan Azərbaycana turist axınını artırmaq mümkündür" Bu gün, 17:48 Bakıda sürücülər arasında DAVA: Biri hava limanında saxlanıldı Bu gün, 17:48 Formula 1: Corc Rassel sıralama turunu birinci sırada bitirib Bu gün, 17:48 Pərviz Şahbazov: "Asiyadan Avropaya qədər elektrik enerjisi şəbəkəsi yaratmağı hədəfləyirik" Bu gün, 17:48 SOCAR və "Citigroup" maliyyə sahəsində tərəfdaşlığın genişləndirilməsini müzakirə edib Bu gün, 17:48 NDU-nun Əməkdar müəllimi Zərifə Nəcəfova 91 yaşında vəfat edib Bu gün, 17:48 "Birliyin Gücü - 2026": Zakir Həsənov təlimdə məşqlərin gedişatını izləyib Bu gün, 17:48 Müğənninin şikayəti icraata götürüldü: Bloqer Sevinc Hüseynova təqsirləndirilən şəxs oldu Bu gün, 17:48 2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək Bu gün, 17:48 Kompensasiya davası edən Kamran Seyidov 50 yaşlı qadını tamah üstündə ÖLDÜRÜBMÜŞ Bu gün, 16:48 Vətəndaşların milyonlarını mənimsəyən şirkət rəhbərinə HÖKM OXUNDU Bu gün, 16:48 Bakıdan İstanbula qatarla səyahət - Yeni təklifin DETALLARI Bu gün, 16:48 Avtomobillər ötən illə müqayisədə nə qədər bahalaşıb? - AÇIQLAMA Bu gün, 16:48 "Formula 2" üzrə Azərbaycan Qran-prisində birinci əsas yarışın qalibi mükafatlandırılıb Bu gün, 16:48 Başını çəkiclə yardığı keçmiş arvadını bir müddət sonra bıçaqladı Bu gün, 16:48 Elnur Əliyev: "Dəniz limanımızın 15 milyon ton olan yükaşırma qabiliyyəti 25 milyon tona çatdırılacaq" Bu gün, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR