
Braziliya millisinin və "Real Madrid"in sabiq futbolçusu Roberto Karlos idman karyerasını başa vurduqdan sonra üzləşdiyi maliyyə problemlər barədə danışıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Record" nəşri məlumat yayıb.
"Böyük futbolla vidalaşmağa qərar verdiyim an artıq idman direktoru kimi fəaliyyət göstərmək üçün lisenziyam var idi və müxtəlif markalarla işləyirdim. Bank hesabımı sıfırlayan şəxslərlə ciddi sıxıntılar yaşadım. Menecerlər və ailədaxili münaqişələr səbəbindən futboldan əldə etdiyim bütün gəlirin 99%-ni itirdim. Müəyyən yanlışlıqlara yol verdim və indi gənc futbolçulara eyni səhvləri etməmələrini məsləhət görürəm", - deyə Roberto Karlos bildirib.
Xatırladaq ki, 2025-ci ilin yanvarında keçmiş futbolçu 2009-cu ilin iyununda ailə həyatı qurduğu Mariana Lukkon ilə boşanma mərhələsinə qədəm qoyub. Həmin ərəfədə məşhur idmançının sərvətinin 162 milyon dollar civarında olduğu bildirilirdi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.