
17 yaşadək qızlardan ibarət Azərbaycan millisi növbəti matçını keçirib.
AVESTA.AZ apa-ya istinadən xəbər verir ki, yığmamız Avropa çempionatının seçmə mərhələsində İrlandiya ilə qarşılaşıb.
Görüş komandamız üçün faciəvi sonluqla yekunlaşıb. Təmsilçilərimiz ilk hissədə 9, ikinci yarıda 7 qol buraxıblar.
Matç rəqibin 16:0 hesablı qələbəsi ilə nəticələnib.
Qeyd edək ki, bu, seçmə mərhələsinin I turunun oyunu olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.