
"Forbes" Rusiyada ən yüksək dividend gəliri əldə edən şəxslərin builki reytinqini açıqlayıb. Siyahı bu il 75 nəfəri əhatə edib.
BAKU.WS xəbər verir ki, reytinqdə ilk pillədə "LUKOIL" şirkətinin təsisçisi Vahid Ələkbərov qərarlaşıb. Onun dividend gəliri 106,2 milyard rubl təşkil edib.
İkinci yerdə "NOVATEK"in İdarə Heyətinin sədri və "Sibur"un əsas səhmdarı Leonid Mixelson və ailəsi yer alıb. Onların dividend gəliri 87,1 milyard rubl hesablanıb.
Üçüncü sırada "Volga Group"un təsisçisi Gennadi Timçenko 75,1 milyard rublla qərarlaşıb. "Mercury Retail Holding"in sahibi İqor Kesayev 40,5 milyard rublla dördüncü, Mixail Fridman isə 39,5 milyard rublla beşinci olub.
Qeyd olunub ki, reytinqdəki 75 iştirakçıya ödənilən ümumi dividendlər 1,194 trilyon rubl təşkil edib. Ötən il bu göstərici 1,769 trilyon rubl olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.