
İran diplomatik danışıqları davam etdirməyə hazırdır, lakin ABŞ tərəfindən hərbi təzyiq davam edərsə, mübarizəni davam etdirəcəyini bəyan edib.
AVESTA.AZ xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı "NBC News"a müsahibəsində deyib.
Əraqçı bildirib ki, Tehran həm danışıqlara, həm də mümkün təcavüzə qarşı müqavimət göstərməyə hazırdır. Nazir münaqişənin "Qiyamət günü müharibəsi" miqyasına çatacağı halda belə İranın geri çəkilməyəcəyini vurğulayıb.
Onun sözlərinə görə, Tehran ABŞ-la 60 faizə qədər zənginləşdirilmiş uranla bağlı razılaşmanı müzakirə edə bilər. Lakin bunun üçün ilk növbədə tərəflər arasında etimadın bərpası vacibdir.
Əraqçı İranın təklif etdiyi yeddi günlük planın da məhz ABŞ-la qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət etdiyini bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.