
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 Sentyabr – Anım Günü ilə bağlı Azərbaycan xalqına mesaj göndərib.
BAKU.WS xəbər verir ki, Ərdoğan "X" sosial şəbəkə hesabında paylaşım edərək Vətən müharibəsində şəhid olanları rəhmətlə, qaziləri isə hörmətlə yad edib.
"Dost və qardaş Azərbaycanın Anım Günü ilə əlaqədar Qarabağı işğaldan azad etmək, azadlığına qovuşdurmaq üçün mübarizə aparan qəhrəman şəhidlərimizi rəhmətlə, qazilərimizi hörmətlə yad edirəm.
Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaq", - deyə Ərdoğan qeyd edib.
Qeyd edək ki, 27 sentyabr Azərbaycanda Anım Günü kimi qeyd olunur. Bu tarix 2020-ci ildə Vətən müharibəsinin başlamasının ildönümüdür.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.